MEDVOYAGE 2017-ci ildən bəri dinamik şəkildə fəaliyyət göstərir. Üç istiqamət üzrə fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində təqdim etdiyi yüksək keyfiyyətli xidmətlər sayəsində özünə etibar qazana bilmiş və bu xidmətlərin sayını artırmışdır.
Şirkətin məqsədi, Azərbaycanın səhiyyə imkanlarının, innovasiyalarının dünya miqyasına çıxarılmasıdır. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Medvoyage kompaniyası ən yaxşı yerli və xarici tibb təşkilatlar, klinikalar və mərkəzlər ilə tərəfdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.
Tibbi turizmin Azərbaycanda inkişafı yeni başlasa da, bir çox sahədə həm coğrafi məkanına, həm də xidmət səviyyəsinə görə adı gedən ölkələrə rəqib ola bilər. Bunun üçün “Niyə Azərbaycan?” sualına cavabımız olmalıdır:
Niyə Azərbaycan?
Şirkətimiz bu sahədə ilk rəsmi xidmət təklif edən qurumdur. Hal-hazırda həm yaxın, həm də uzaq ölkələrdən turistləri qəbul edirik. Potensial müştərilərimiz həm ölkəyə daxil olan bütün turistlər, həm də müəyyən səbəblərdən ölkələrindən xaricdə tibbi xidmət axtarışında olan hər kəsdir. Sektorun gələcəyinə ümid bəsləyir və inanırıq.
Zamanın və tendensiyanın tələblərinə uyğun lazımi yerdə güclü komanda ilə ölkəmizi region üzrə tibbi turizm sektorunda vacib strateji mövqe vəziyyətinə gətirmək üçün əlimizdən gələni edirik.
Subscribe and be the first to get notified ond our newsletters