EN RU

Sualınız var?

Suallarınıza cavab alın və öz suallarınızı verin.

Medvoyage - Tez-tez soruşulan suallar

Nəyə görə ölkə xaricində müalicəni seçməliyəm? Bunun hansı avantajları var?

İnsanların yaşadığı ölkənin xaricində çarə axtarmaqlarına səbəb kimi maddi cəhətdən daha əlverişli olmasını göstərə bilərik.Digər səbəb isə daha çox güvənə biləcəyi sağlamlıq mərkəzini seçmək arzusu ola bilər.

Klinika seçərkən nəyə diqqət etməliyəm?

Dövlətin səhiyyə sahəsində göstərdiyi xidmət səviyyəsini yüksəltmək məqsədi ilə tətbiq etdiyi bir çox qaydalar vardır. Əgər klinika bexnəlxalq standartlara cavab verirsə , və bunu təsdiq edən sənədləri vardırsa , həmin klinikaya rahatlıqla güvənə bilərsiniz.

Tibbi xidmətləri kimdən alacağam? Bununla bağlı necə məlumat ala bilərəm?

Tibbi xidmət alacağınız həkimin fəaliyyəti ilə bağlı bütün məlumatlar şirkətimiz tərəfindən sizlərə veriləcəkdir.

Müalicəni davam etdirmək üçün mənə hansı ölkələrə getməyi məsləhət görə bilərsiz?

Medvoyage Medical Tourism şirkəti Türkiyə , Almaniya , İsrail , Gürcüstan , Xorvatiya və digər avropa ölkələrində olan ən öndə gedən klinikalarla əməkdaşlıq edir bununla bağlı olaraq qeyd olunan ölkələrdə hər növ müalicə almağınız üçün sizlərə kömək edə bilərik.

Əməliyyatdan və ya müalicədən sonra nə edə bilərəm?

Əməliyyat sonrası həkiminizdən nələrlə qarşılaşa biləcəyiniz haqqında məlumat almağınız məsləhətdir. Əməliyyatdan bir neçə gün sonra ola biləcək narahatlıq, qanama , infeksiya kimi təsirlərin olub – olmayacağı ilə bağlı ətraflı məlumat ala bilərsiniz.

Nəyə görə Medvoyage?

  • Digər tibbi turizm şirkətlərindən daha yaxşı xidmət etməyimiz
  • Tibbi turizm sahəsində daha çox təcrübəmizin olması
  • Qabaqcıl klinikalarla əməkdaşlıq etməyimiz
  • Hər bir pasientə fərdi yanaşma bacarığı

Niyə Azərbaycan və niyə Bakı?

Türkiyə və Avropa ölkələri ilə eyni keyfiyyətli yalnız daha daha sərfəli müalicə alma imkanının olması

Qədim tarixi  və əlverişli turizm imkanları və həmçinin zəngin mətbəxin mövcudluğu

Əlverişli coğrafi yerləşmə ,məsafə ( bir başa uçişlar , daha az vaxt sərfi) islam ölkəsi olmağı , dil bariyerinin olmaması və s.

Təcrübə barədə keçmiş müştərilərinizlə danışa bilərəmmi?

Tamamilə. Medvoyage ilə irəliləməyə qərar verdikdən sonra şad olacağıq ki, axtardığınız prosedurla bağlı keçmiş müştərilərimizə müraciət edin.. Lakin biz bütün müştərilərimizin məxfiliyinə tamamilə hörmətlə yanaşırıq və yalnız bunu etməyə icazə verənlərə yönləndirə bilərik.

Öz uçuş biletimi özüm əldə edə bilərəmmi

Pasiyentimizin rahatlığını və vaxtına qənaət etdiyimizi düşündüyümüz üçün Medvoyage olaraq avia bilet alınmasında, klinikaya yaxın yerlərdə otellerin rezervasiya olnmasında, transfer xidmətlərində sizlərə köməklik edə biərik. Əks halda sizing istəyinizə uyğun olaraq otel ve avia biletinizi ozünüzdə əldə edə bilərsiniz.

Pasiyent olaraq özüm otelimi rezervasiya edə bilərəmmi?

Bəli. Buna şirkətimiz tərəfindən heç bir qadağa yoxdur.

Sualınızı yazın

+994 55 224 80 85 WhatsApp