EN RU

M – görüşlər

İ – həvəsləndirici təlim, təsvir və gəzinti turlarından ibarət

C – konfranslar, konqreslər

E – sərgilər

Azərbaycan bu sahədə region üzrə ən perspektivli ölkələrdən sayılır. Asiya və Avropa ölkələrini birləşdirən, zəngin keçmişi, tarixi və müasir infrastrukturu ilə əsl turizm mərkəzinə çevrilə bilər. Bunun üçün  hər bir şəraitimiz və imkanlarımız mövcuddur.

Konqres mərkəzləri, otellər, xidmət sahələri olaraq, miqyasından və məzmunundan asılı olmayaraq bütün sahələr üzrə tədbirlərə ev sahibliyi edə bilərik. Professional komanda olaraq illərdir keçirilən olimpiya, forum, formula, idman  yarışları, beynəlxalq konqreslər və konfranslar təşkil etməklə böyük təcrübəyə yiyələnmişik.

MİCE – menecerlik

  1. işgüzar səfərin və mədəni hissəsinin planının qurulması
  2. otel bronu, bütün lazımi sənədlərin hazırlanmasında kömək
  3. viza dəstəyi
  4. tədbirin təşkili

Dünya Turizm Təşkilatının ekspertlərinin məlumatına əsasən dünya üzrə biznes səyahətləri bütün turistik səyahətlərin 20%-ni təşkil edir. Belə ki, aviakompaniyaların gəlirlərinin 50%, otellərin gəlirlərinin 60%, maşın  idarəsi şirkətlərinin gəlirlərinin 70% -i bu turistərin payına düşür. Biznes turistlər digər turistlərlə müqayisədə daha effektiv hesab  olunurlar, çünki adi turist günlük 100-200 dollar xərcləyərkən, onlar günlük 345 dollar xərcləyirlər.

Medvoyage şirkəti olaraq regionun tibb sahəsi üzrə təlim, tədris və tibbi mərkəzi olmaq uğrunda  girdiyimiz bu yoldan qalib çıxacağımıza əminik.   Dünyada hər il 100 milyon iş səyahəti edilir. Keyfiyyət göstəricilərinə görə Avropa liderdir. Statistik göstəricilər üzrə Almaniya, İspaniya, Fransa, İtaliya, Asiya və Tayland, Türkiyə, Sinqapur, İndoneziya liderlik edirlər. ABŞ və Kanada, həmçinin  Avropanın İngiltərə, İsveçrə, İsveç, Belçika kimi ölkələri də bir çox tədbirlərə ev sahibliyi edirlər. Bu sahənin illik gəliri təkcə 2010-cu il üçün trilyon dollarlar (WTTC Dünya Turizm və Səyahət Birliyi) olmuşdur. Bu cür ciddi gəlir və artım bu sahəyə marağın daha da artmasına səbəb olur. Aşağıdakı səbəblər isə bu sektoru daha da vacib edir:

  1. Sezondan asılı olmayaraq fəaliyyət.
  2. Proqnozlaşdırılma (tədbirlərin tarixi öncədən bilinir)

Bu ad altında səyahətin çox şaxəli anlayışları  toplanır. Qısa formada izah etməyə çalışsaq, mütəxəssis qrup tərəfindən müəyyən konfrans, seminar və ya başqa məqsədlə səyahətin planlaşması üçün rezervasiya və.s kimi işlərin təşkili sənayesidir.

Son illərdə çox geniş inkşaf etmişdir. Səbəbləri çox bəlli və özünü doğruldandır:

  1. Turizm sektorunu inkşaf etdirir
  2. Yerli iqtisadiyyata müsbət təsiri
  3. Seçilmiş şəhərin həm iqtisadi cəhətdən inkşafına, həm də  turistik cəhətdən tanınmağına səbəb olur.
  4. Yeni iş yerləri imkanı yaradır.
  5. Yerli bir çox  kiçik  biznes sahibləri, o cümlədən,  taksi sürücüləri, tarixi abidə və qoruq işçilərinin daha da professional olmasına məcburiyyət yaradır. Gələn turistlər muzey, sərgi, teatrlara gedirlər.

MedVoyage & MedProİnfo-nun birgə layihəsi olaraq, biz Azərbaycanda konfrans təşkili ilə professional şəkildə məşğuluq. Bütün tədbirlərinizi peşəkar komandamıza həvalə edə bilərsiniz.

Biz nə edirik:

  • Sizin konseptə və büdcənizə uyğun konfrans zallarının tapılması, dekor və rezerv olunması
  • Zalların lazımi avadanlıqla təchiz olunması
  • Texniki təminat (audio-video çəkilişlərin təşkili)
  • Səhnənin tərtibatı xidməti
  • Sponsorlarla danışıqların aparılması
  • Xarici və yerli sponsorlarla konfransla bağlı təkliflərin hazırlanması və təqdim edilməsi. Birbaşa sponsorla danışıqların aparılması, onların büdcə imkanlarına uyğun təkliflərin hazırlanması və sənədləşmədə köməkliyin göstərilməsi
  • Tədbirlə əlaqədar iştirakçıların qeydiyyatı və yerləşdirilməsi
  • Akkreditasiya edilmiş ödənişli tədbirlərdə dinləyicilərin rahatlığını təmin etmək məqsədi ilə onlayn sistemlərin yaradılması
  • Aviabilet, otel, transfer xidmətləri
  • Xaricdən dəvət olunan qonaq və məruzəçilərin rahatlığını təmin etmək məqsədi ilə sinxron tərcümə xidməti
  • Sosial Mediada reklam işlərinin təşkili
  • Poliqrafik işlərin (tezis,sertifikat,dəvətnamə və s.) təşkili
  • Furşet təşkili
  • Tədbir iştirakçıları üçün ziyafətlərin təşkili
  • Xaricdə dəvət olunmuş qonaqların asudə vaxtlarının səmərəli təşkili
  • Musiqili proqramların təşkili

Bizimlə işləmək çox asan və rahatdır. Peşəkar komandamız bunun qayğısına qalacaq!


Klinikanızın bütün tədbirlərini peşəkar komandamıza etibar edə bilərsiz.

+994 51 207 19 94 WhatsApp