Covid-19 virusu artıq həyatımızın hər anına təsir edib və biz yavaş-yavaş addımlarımızı ölçərək atmağa çalışırıq. Artıq, hər bir məkanın xidmət səviyyəsindən öncə təmizlik standartlarına cavab verməsinə və ya dezinfeksiya tədbirlərinin olub-olmamasına baxırıq. Həmçinin, qaydalar yumşaldıqdan sonra turistlər ölkələrə səyahət etdikdə ilk olaraq oranın güvənli olub-olmadığına görə narahat olmağa başladılar. Buna özlüyümüzdə qərar vermək və əmin olmaq real görünmür, bu səbəblə də Dünya Səyahət və Turzim Şurası dünyanın ilk qlobal təhlükəsizlik və gigiyena möhürünü təqdim edib. BMT-nin Ümumdünya Turizm Təşkilatının dəstəklədiyi möhür səyahət etmək istəyən hər kəsə qlobal standartlaşdırılmış protokolları (səhiyyə və gigiyena) qəbul etmiş ölkə və müəssisələri tanımasına imkan verəcək.
Belə ki, artıq bu möhürə layiq görülən ölkələr və oradakı müəssisələr arasından könül rahatlığı ilə səhayət seçimi etmək, çətin dövrlərdən sonra yenidən turizmin dirçəlməsi və səyahət imkanlarının genişlənməsi üçün şərait yaradacaq. Dünya Səyahət və Turizm Şurasının tanıtdığı möhürü qlobal təhlükəsizlik və gigiyena göstəricilərinə uyğun olan tur operatorlar, hava yolu şirkətləri, hava limanları, restoranlar, otellər, açıq ticarət limanları ala biləcəklər.
Əldə edilən məlumatlara əsasən, Qana, Xorvatiya və Ekvador Dünya Səyahət və Turizm Şurası tərəfindən bu möhürə ən son layiq görülən ölkələr sırasındadır. Siyahıda növbəti ölkələr arasında Bolqarıstan, Ukrayna, Türkiyə və Portuqaliya var.
WTTC rezidenti və icraçı direktoru Gloria Guevara öz sözlərində qeyd etmişdir ki, “İndi səyahətçilər dünyadakı Təhlükəsiz Səyahətlərin qayıtmasını təşviq edəcək yeni qlobal protokollar dəstini qəbul etmiş müəssisələri və istiqamətləri tanıya biləcəklər. Bu, öz növbəsində, Səyahət və Turizm sektorunun iş üçün yenidən açılmasına və koordinasiyalı bir yanaşmada hərəkət etməsinə kömək edəcək”
Subscribe and be the first to get notified ond our newsletters