EN RU
Rusiya tibbi turizmlə bağlı problemləri araşdırır

Rusiya tibbi turizmlə bağlı problemləri araşdırır

01.10.2020 2768

Tibbi Turizm son dövrün sürətli inkişaf edən sahələrindən biridir. Keyfiyyətli və sərfəli tibbi xidmət axtarışında olan şəxslərin həmçinin istirahət edə bilmək üçün də yeni ölkələrə olan səyahətləri gün keçdikdə bu sahəni qloballaşdırmağa davam edir. Lakin, reallıq budur ki, bütün ölkələr tibbi turizm sahəsində inkişafına qədəm qoya bilməyib və ya hələ də inkişafın ilkin pilləsindədirlər. Dünya üzrə bu sahədə top ölkələr(İsrail, Malaziya, Sinqapur, Cənubi Koreya Türkiyə və s) olduğu kimi, problemlər yaşayan öləkər də var. Elə son dövrlərdə Rusiyada Sechenov Universitetində çalışan elm adamları ölkədə tibbi turizmin inkişafını ləngidən proses və nüansları araşdıramaq, onların aradan qaldırılması hansı tədbirlərin görülə biləcəyini öyrənmək üçün səhiyyə mütəxəssislərindən müxtəlif müsahibələr aldılar. Sorğuda 36 tibb təşkilatının rəhbərləri iştirak etmişdir. Mütəxəssislər fikirlərini “Tibbi Turizm ölkənin iqtisadi vəziyyəti üçün əhəmiyyətli rola malikdir, burada habelə tibbi müəssisələr, həmçinin digər sektorlar da öz xeyrlərini əldə edirlər. Buna görə də bu sahənin inkişafına diqqət edilməli, keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atılmalıdır” olaraq bəyan ediblər.

Bundan öncə tibbi turizm səyahətçilət prioritet olaraq keyfiyyəti ön planda tuturdularsa, artıq xidmətin qiyməti onlar üçün önəm kəsb edir. Qiymət və keyfiyyət arasındakı nisbəti müqayisə edərək ucuz olan yeri seçirlər. Rusiya da bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır- deyə əlavə ediblər. Həmçinin bununla birlikdə, ölkələrini müalicə üçün tərk etməyi üstün tutmaq üçün, əcnəbilər peşəkarlarla görüş alacaqlarından, viza da daxil olmaqla sənədlərin verilməsinin çox çətin olmayacağından və müalicənin özünün də ziyan verməyəcəyindən əmin olmalıdırlar. Onların qeyd etdiyinə görə isə, Rusiyada xəstələri yerləşdirmək, lazımi sənədləri və vizaları almaq çətindir, bütün klinikaların beynəlxalq sertifikatları yoxdur.
Onlar inkişafa mane olan digər problemlərdən biri kimi klinikaların qənaətbəxş olmamasını, müasir avadanlıqların, mütəxəssislərin çatışmamasını nümunə göstəriblər. Həmçinin dil bilikləri kifayət qədər olmayan həkim və işçilərin olması əcnəbilərin ölkədə müalicə üçün müraciətlərində mane törədən faktorlardandır.

Həlli yolu üçün isə, mütəxəssislər ilk növbədə kadr və avadanlıq çatışmazlığı problemini həll etmək lazım olduğunu qəbul etdilər. İkinci yerdə potensial xəstələrin tibb təşkilatlarının xidmətləri barədə məlumatlandırılmasıdır. Bunun üçün klinikanın veb saytının yaxşı vəziyyətdə saxlanılması, materialların xarici dillərə tərcümə edilməsi kimi tədbirlər həyata keçirilməlidir.

 

+994 51 207 19 94 WhatsApp