EN RU
Amerikada doğuş

Amerikada doğuş

22.11.2019 5638

Amerika Birləşmiş Ştatlarının qanunlarına görə, Amerikada doğulan uşaq avtomatik olaraq Amerika vətəndaşlığını ala bilər və bu prosedur doğuşdan dərhal sonra və ya  bir neçə il sonra həyata keçirilə bilər. Burada heç bir məhdudiyyət və vaxt tələbi yoxdur.

Əminik ki, hər bir valideyn kimi, siz də hələ dünyaya gəlməmiş uşağınızın gələcəyini düşünürsünüz: böyüdükdə o hansı peşə sahibi  olacaq; harada yaşayacaq; necə oxuyacaq; hansı universitetə daxil olacaq; harada işləyəcək və sair. Heç kimə sirr deyil ki, bütün dünyada ən yüksək yaşayış standartı məhz Amerikadadır və bu ölkə yuxarıda göstərilən bütün problemləri həll etmək üçün ən yaxşı çıxış yoludur. Bu gün uşağınızın uğurlu həyatını və qayğısız taleyini təmin etmək üçün əlinizdə unikal bir fürsət var!

Amerikanın tibb sektoru da dünyanın ən inkişaf etmiş tibb sahələrindən biridir, buna görə də, burada əla mütəxəssislərin, ən yeni dərmanların, müasir texnologiyaların, peşəkar xidmətin, rahat palataların, dünyaya yeni uşaq gətirmiş qadına qarşı hörmət və qayğıkeş münasibətin olduğundan heç şübhə etməyin, əksinə, məhz elə buna görə, doğuş üçün ABŞ-a getməyə dəyər.

İnana bilirsinizmi, tezliklə məhz sizin uşağınız Amerika prezidentini qanuni olaraq seçə və dünyanın demək olar ki, bütün ölkələrinə vizasız səyahət edə bilər? Amerikada doğuşun başqa bir üstünlüyü isə, ondadır ki, 21 yaşı tamam olduqdan sonra uşaq öz ailəsi ilə qovuşması üçün müraciət edə bilər və bu zaman bütün ailə üçün Amerika vətəndaşlığı verilə bilər.

Bəs, valideynlər daha nə xəyal edə bilər ki?

Medvoyage şirkəti sizin büdcənizdən və istəklərinizdən asılı olaraq, peşəkar qaydada əldə edə biləcəyiniz üç müxtəlif xidmət paketini təqdim edir.

 

1. Büdcə Paketi

  • Məsləhət;
  • İlkin həkim müayinəsinə yazılmaq;
  • Xəstəxanada qeydiyyat prosesinə yardım (36-cı həftədə);
  • Doğum şəhadətnaməsinin və pasportun tərtib edilməsi;
  • Doğuş sonrası pediatra yönləndirmə;
  • Doğuşdan sonra alış-veriş, körpə və ana üçün lazım olan ləvazimatların alınması;
  • Uşaq çarpayısı;
  • 24/7 telefon əlaqəsi

 

2. Baza paketi

Büdcə paketində təqdim edilən bütün xidmətlərə aşağıdakılar əlavə olunur:

  • San-Dieqo hava limanında qarşılama və ötürmə;
  • Avtomobil kirayəsi və transfer (birdəfəlik) üçün yönləndirmə;
  • Yaşayış yeri ilə tanışlıq (maksimum 2 saat);
  • Gəlib çatdıqdan sonra şam yeməyi və səhər yeməyi verilir;

 

3.  Anaya yardım paketi

Bu paket tək gələn analar üçün nəzərdə tutulur. Adətən, ata doğuşdan 2-3 həftə əvvəl gəlir və ailə birlikdə geri qayıdır.

Burada, Baza paketində təqdim edilən bütün xidmətlərə aşağıdakılar əlavə olunur:

  • Doğuşdan əvvəl bütün müvafiq həkimlərə yönləndirmə;
  • Doğuş zamanı pasiyentin müşayiət olunması (yanında heç kim olmayan analar üçün);
  • Şəhərdə keçirilən əyləncəli tədbirlərdə iştirakın, alış-verişin və ya sadəcə San-Dieqoda gəzintilərin (həftədə 3 gün) təşkil olunması;
  • Uşaq yeməklərinin alınması zamanı müşayiət olunma;
  • Aylıq icarə ödənişi. Son ayın ödənişi həftənin əvvəlindən hesablanır. Yemək otağı, vanna otağı, təmizlik, Wi-Fi icarə haqqına daxildir;
  • Doğuşdan sonra ana və uşağın həkim müayinəsi.

 

Xidmət paketlərinə nələr daxil deyil:

  • Pediatr müayinəsi;
  • Sünnət;
  • Doğum şəhadətnaməsi;
  • Pasport şəkli;
  • Pasport;
  • Apostil proseduru;
  • Xəstəxana və həkim xidməti üçün ödəniş;
  • Keysəriyyə kəsiyi (epidural anesteziya bütün paketlərə daxildir);
  • Yaşayış 1 + 1, 2 + 1;
  • Doğuşdan əvvəl və sonra bütün proseslər zamanı müşayiət olunma;
  • Yanında kimsə olmayan anaların müşayiət edilməsi.

 

 

+994 51 207 19 94 WhatsApp