EN RU
Astmanın müalicəsi

Astmanın müalicəsi

06.07.2019 5373

Digər xroniki xəstəliklər kimi astma da həyatınızın hər bir günü yaşamalı olduğunuz vəziyyətdir. Adətən astma simptomlarını nəzarətdə saxlamağın ən yaxşı yolu onun səbəblərindən uzaq durmaqdır.

Astmanın simptomlarına aşağıdakılar daxildir:

  • Xüsusilə gecələr, gülən zaman və ya idman edərkən öskürək.
  • Nəfəs alarkən fit səsi.
  • Döş qəfəsində sıxılma hissi.
  • Nəfəs çatışmazlığı.
  • Yorğunluq hissi.

Astmanın müalicəsi yoxdur, lakin düzgün diaqnoz qoyulduqda və müvafiq müalicə planı tətbiq olunduqda siz öz vəziyyətinizi idarə edə bilərsiniz və bununla da həyat keyfiyyətiniz əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır. Astmanın müalicəsi üçün bir sıra dərman preparatları mövcuddur. Həkimin köməyi ilə pasiyent üçün ən uyğun dərman preparatı seçilir.

Cərrahi əməliyyat

Kəskin astma xəstəliyinin müalicəsi məqsədilə bronxial termoplastika adlanan prosedura təklif oluna bilər.

Bronxial termoplastika zamanı ümumi anestetik vasitəsilə sizi yatızdırırlar. Bu proses nazik, elastik borunun boğazınızdan keçərək ağ ciyərlərinizə yeridilməsini özündə ehtiva edir. Daha sonra nəfəs yollarının ətrafındakı əzələlərə isti tətbiq etməklə onlarının sıxılmasının və astma simptomlarının meydana gəlməsinin qarşısı alınır.

Astma xəstəliyinin idarə olunması Sizə sağlamlığınızı nəzarətdə saxlamağa və həyatınızı hərtərəfli yaşamağa imkan verəcək.

+994 51 207 19 94 WhatsApp