EN RU
 Azərbaycanda Turizm sektorunun dirçəlməsi üçün yeni addım atıldı!

Azərbaycanda Turizm sektorunun dirçəlməsi üçün yeni addım atıldı!

26.06.2020 55

Məlumdur ki, Covid-19 virusunun ən böyük təsiri Turizm sektoruna oldu. Sərhədlərin bağlanması, otellərin fəaliyyətini dayandırması, əyləncə mərkəzlərinin məhdudiyyətlərlə işləməsi və ya ümumiyyətlə bağlı olması turizmin sürətli inkişafının önünü kəsdi. Lakin, hər bir ölkə bu sahənin gələcəyi üçün qayğılı olmaqla bərabər, ümidlərini də itirmir. Azərbaycanda da, turizmi dirçəltmək üçün Azərbaycan Turizm Bürosu (Azerbaijan Tourism Board) Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsziliyi Agentliyi ilə birlikdə innovatik sağlamlıq və təhlükəsizlik programına başladılar. Yaradılmış bu kampaniya SAHMAN (Sanitariya və Gigiyena Metodları və Normaları) adlanır. Bu virusun həyatımıza qatdığı müsbət tərəf ətrafımızda olan bəzi nüanslara, əsasən də sağlamlıqla bağlı bütün normalara xüsusi diqqətlə yanaşmağımızı bizə xatırlatması oldu. SAHMAN kampaniyası da məhz sağlamlıq və gigiyena standartlarını yeni dövrə uyğun dəyişmək, istər ölkə vətəndaşları, istərsə də xarici qonaqlar üçün təhlükəsiz turistik məkanları təmin etmək üçün qurulmuşdur. Turizm sahəsinin yenidən böyüməsini hədəfləyən program Ümumdünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də dəstəklənir. SAHMAN”ın beynəlxalq standartlara uyğunluğunu yoxlamaq üçün Azərbaycan Turizm Bürosu PwC- beynəlxalq konsultasiya şirkəti ilə çalışır.

Düşünürük ki, SAHMAN ölkəmizdə turizmin gələcəyi üçün çox faydalı olacaq! Program haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi saytına daxil olaraq tanış ola bilərsiniz.

 

 

 

 

 

 

 

+994 51 207 19 94 WhatsApp