EN RU
Bərpaedici stomatologiya

Bərpaedici stomatologiya

16.07.2019 373

Sizin bir və ya bir neçə dişiniz yoxdur? Bərpaedici stomatologiya gülüşünüzün təbii görünüşünü bərpa etmək üçün Sizə imkan yaradacqıdr. Diş plomblarının qoyulması, dental implantlar, diş protezləri, diş qapaqları (koronka) və ya diş körpüləri kimi Bərpaedici stomatoloji proseduralar vasitəsilə siz yenidən inamla güləcəksiniz!

Bərpaedici stomatoloji proseduraların həyata keçirilmişi nə üçün vacibdir:

  • Ağızdakı boşluqların doldurulması dişlərin düzgün nizamlanmasına imkan verir.
  • Dişlərin dəyişdirilməsi dişlərdə ərpin yaranmasının qarşısını almaq məqsədilə düzgün dişə qulluq vərdişlərinin həyata keçirilməsini asanlaşdırır.
  • Dişlərin olmaması sizin sağlamlığınıza, xarici görünüşünüzə və özünə güvən hissinə mənfi təsir göstərir.

Bərpaedici stomatologiya sınıq və ya ovulmuş dişlərin düzəldilməsindən tutmuş çıxmış dişlərin implant dişlərlə əvəz olunmasına kimi müxtəlif prosedurları əhatə edir.

Bərpaedici stomatoloji proseduralar  

  • Kompozit diş plombları
  • Diş körpüləri
  • Diş qapaqları (koronkalar)
  • Dental implantlar
  • Protezlər
  • Ağız boşluğunun tam bərpası
  • İmplant dişə bərkidilmiş protez

Uşaqlar üçün çıxarıla bilən diş telləri (breketlər)

Çıxarıla bilən diş telləri (breketlər) xüsusilə hələ də süd dişlərinə malik azyaşlı uşaqlarda dişlərin müalicəsi üçün istifadə olunur. Breketlərdən eyni zamanda övladınızın dişlərinin vəziyyətini düzəltmək üçün də istifadə olunur.   

Çıxarıla bilən ortodontik breketlərin üstünlükləri  

  • Dişlərin çarpaz vəziyyətini aradan qaldırır
  • Kiçik diş yerdəyişmələri zamanı effektivdir
  • Körpə dişlərə zərər vermir
  • 6-9 ay ərzində nəticə verir
  • Yemək yeyərkən və ya dişləri təmizləyərkən çıxarmaq mümkündür.

Dilinizlə breketə toxunmamağa çalışın, çünki bu, breket əyrilərinin boşalmasına və ya sınmasına, eləcə də müalicə prosesinin uzanmasına səbəb olacaq. Breketin nizamlanması üçün mütəmadi olaraq həkimin qəbuluna gəlməlisiniz. Nizamlanmalar adətən hər 6-8 həftədən bir həyata keçirilir.

Tövsiyə olunan müalicə müddəti başa çatdıqdan sonra ortodont həkiminiz breketləri çıxardacaq və təyin olunmuş müddət ərzində taxmağınız üçün  Sizə fiksator verəcək.    

 “Medvoyage” övladınızın gözəl və düz dişlərə sahib olmasına kömək edəcək!

 

+994 51 207 19 94 WhatsApp