EN RU
Covid-19 virusu Tibbi Turizm sektoruna necə təsir göstərdi?

Covid-19 virusu Tibbi Turizm sektoruna necə təsir göstərdi?

05.06.2020 134

Bildiyimiz kimi, Covid-19 virusu bütün sahələrə öz təsirini göstərdi. Tibbi turizm sektorundan da yan keçməyən bu virus bizlərdə gələcək üçün yeni qayğılar yaratdı. Demək olar ki, bir çox ölkələr öz sərhədlərini bağladığı üçün artıq xaricdə müalicə olunmaq mümkün deyil. Lakin, bu o demək deyil ki, biz tibbi turizmin gələcəyi üçün təlaşa düşməliyik. Uçuşlar ləğv olunduğu üçün, tibb sektorunda öncədən edilən rezervasiyaların da ləğvi gözlənilirdi. Lakin, Türkiyə üçün statistikaya baxıldığından rezervasiyaların 20%-i ləğv olusa da, 80%-i virus bitdikdən sonrakı ilkin tarixlərə təxirə salınıb. Həmçinin tibbi turizm sektorunda hegemon olan digər dövlətlərdə də göstəricələr demək olar ki bir-birinə yaxındır və müsbət yöndədir. Mütəxəssislər qeyd edir ki, bu hadisə onları çox ümidləndirib. Bu bir reallıqdır ki, tibbi turizmin 2019-da əldə etdiyi yüksəlişi cari ildən gözləmək olmaz amma tamamilə də bədbinliyə qapılmamalıyıq.

https://www.cnnturk.com/haberleri/saglik-turizmi

+994 51 207 19 94 WhatsApp