EN RU
Dişlərin ağardılması

Dişlərin ağardılması

30.01.2020 211

Dişlərin ağardılması  üçün bir çox  sistem və  məhsullar mövcuddur ki, onların arasında dişağardıcı  məcunlar, resepturasız gellər, yaxalıyıcılar, zolaqlar və digər ağardıcı məhsullar vardır. Sadalanan metodlardan heç biri stomatoloqun peşəkar ağartması kimi effektiv və uzunmüddətli ola bilməz.

Təəssüf ki, Azərbaycandakı bütün həkimlər kənar təsirləri olmayan müsbət nəticəyə zəmanət vermir. Bəzi gözəllik salonları diş ağartma proseduralarını da təklif edir, lakin bu qanunsuzdur və ağız boşluğunuzun sağlamlığına təhlükə yarada bilər. Həm də qeyd etmək lazımdır ki, diş ağartması stomatologiyaya aid prosedurdur və yalnız ixtisaslı mütəxəssis tərəfindən aparılmalıdır. Bundan başqa, əgər dişağartma stomatoloq tərəfindən aparılmırsa, nəzərdə  tutulmuş kapa lazımı şəkildə uyğun gəlməyə bilər və ağardığı gelin bir hissəsi  diş ətlərinə sızaraq ağızda qabarcıqlara səbəb ola bilər.

Buna görə düzgün mütəxəssis seçmək çox vacibdir. Medvoyage-ın əməkdaşlıq etdiyi Azərbaycanın seçilmiş stomatoloqları yalnız ən yaxşı və ən keyfiyyətli preparatlardan istifadə edirlər. Stomatoloqlarımızın icra etdiyi ağartma prosedurları daha faydalıdır, çünki onlar digər həkimlərdən fərqli olaraq daha sürətli və daha dəqiq işləyirlər.

Ümumiyyətlə dişlərin ağardılması üçün yalnız bir neçə dəfədən ibarət bir saatlıq prosedura ehtiyac duyulur. Bundan əlavə,  daha öncə yoxladığımız statistikaya görə, ağartmanın effektinin daha uzun müddət davam edəcəyinə Sizi əmin edə bilərik.

Medvoyage-ın stomatoloqları  Sizin istəklərinizə əsasən lazer ağartmadan da istifadə edə bilərlər. Lazer ağartma zamanı  lazer şüası dişlərin üzərindəki ağardıcı maddəyə yönəldilir və  nəticə daha yaxşı və uzunmüddətli olur.

Medvoyage – Yadda qalan təbəssümü hər zaman əldə edə bilərsiniz!

+994 51 207 19 94 WhatsApp