EN RU
Elananın hekayəsi

Elananın hekayəsi

21.07.2020 105

Son bir ayda MEDVOYAGE komandasının tanıyıb, dəsyəklədiyi bir kiçik qız həyata olan baxışlarımıza yenidən nəzər salmamıza səbəb oldu. Həyata olan sevgimizi, yaşamaq stimulumuzu artırdı. İnsanın hər bir problemin öhtəsindən gələ biləcəyini göstərdi. O kiçik qızın həyata, ailəsi və yaxınlarına olan sevgisi xərçəngə olan qorxusunu üstələdi. Aramızda yaxını və ya özü xərçəng xəstəsi olan insanlar var, onlara bu çətin mübarizədən qalib çıxmağı arzulayırıq. Allahdan ümid kəsilməz. Hər kəsi Elananın həyat hekayəsi ilə tanış olmağa dəvət edirik:

Elana Koenig  artıq xərçəngə qalib gəlib. İndi isə başqa uşagların (altı Azərbaycanlı uşaq daxil olmaqla) da bu xəstəliyə qalib gəlməsinə kömək edir. 
Elana: "Əgər mən bu ağır xəstəliyin və çətin dövrün öhdəsindən gələ bilmişəmsə, istəyirəm bunu çatdırım ki, onlar da bunu bacararlar. "

Sümük xərçənginin nadir növünün diaqnozu qoyulanda Elana 7 yaşında idi. Kimyaterapiya o qədər dözülməz idi ki, hətta müalicə başa çatdıqdan sonra keçirdiyi ağrıları və həmin dövrlərdə ona dəstək olanların şəfqət və səxavətini unutmadı.
Elana: " Mənə olunan dəstəyi mən də başqalarına vermək istəyirəm"
Bu ilin fevral ayında Elana və onun 9 yaşında bacısı Sabrina Koenig Uşaq Xərçəng Fondunu yaratdılar: www.charidy.com/kccf/elenateam

Siz fondun barəsində məlumatları aşağıdakı sosial media ünvanlardan ala bilərsiniz.

www.thekccf.org

Instagram: @elanalailakoenig
Youtube: Elana Laila Koenig
Twitter: @theKccf
Facebook @thekccf.org


Təməli uşaqlar tərəfindən qoyulan bu təşkilatın təsisçisi Elananın çox gözəl səsi var və bu ifaçılıq qabiliyyətindən öz yardım fəaliyyətinin xeyrinə istifadə edir. Bundan əlavə, bu təşkilat digər uşaq xərçəng təşkilatlaının fəaliyyətindən daha fergli ve global işlər görür.

Elana və bacısı Sabrina əvvəl yardıma öz daxıllarındakı pul ilə başladılar. Sonra şirniyyat satışını təşkil etdilər və indi isə onlayn ianə toplayırlar. İndiyə qədən 10 000-lərlə dollar toplayıblar. Vəsait qayğı paketlərinə yığılıb, tibbi xərc ödənişi və virtual şənliklərə sərf olunur 
Sabrina: " Mən bacımın nələr yaşadığını bilirəm, çünki çətin dövrlərində yanında idim. Buna görə də başqa uşaqların vəziyyətini başa düşürəm "
Elana: "Əgər kifayət qədər pul toplaya bilsək, xərçəng xəstəliyinə son qoya bilərik"
Elananın fikrincə heç bir hədəf əlçatmaz deyil. Elananın İnstagram səhifəsində (@elanalailakoenig) yayımlanan "Fight Song" mahnısının gözəl ifası artıq dünyanın hər tərəfindən könülləri cəm etmişdir:
https://www.youtube.com/watch?v=aIm_nRvdtkk

CBS2 kanalının prime vaxt yayimladığı video çarxına isə bu linkdən baxa bilərsiniz
https://www.youtube.com/watch?v=ayRLn2HNzw0&lc=z22ms3oinyb5wreseacdp435xg5cdd3e4xtqjo5d4otw03c010c

Elananın təsis etdiyi bu fond növbəti #KidsCrushCancer (#UşaglarXərçəngiƏzişdirir) adlı kampaniyasına başlayır.

Hər birimiz hər hansı bir əşyanı (kağız, su ilə doldurulmuş şar və sair) partladıb əzib #kidscrushcancer hashtagi ilə və aşağıdakı linklə paylaşıb maximum insanı tag edib kampaninyanin sosial şəbəkələrdə virus kimi yayılmasına dəstək olun.

LINK burada: www.charidy.com/kccf

Bu donorların nəzərini iane toplama kampanyasına cəlb edəcək.

Bu spesifik kampaniyada balaca liderin məqsədi ən azı 1 million ABŞ dolları toplamaqdır. Azərbaycan, İsveç, Avropa, İsraildən ona hamı dəstək olmaq istəyir. Onun əməyi artıq böyük töhfələr verir. Azərbaycanlılardan gələn hər bir dollar Azərbaycanda yaşayan və xərçənglə mübarizə aparan Azərbaycanlı uşaqlara maddi və mənəvi dəstəyə sərf olunacaq! Elana dünyanın hər yerində yaşayan azərbaycanlıları və azərbaycanlı iş adamlarını bu kampaniyaya qoşulmağa və Azərbaycanda xərçənglə mübarizə aparan uşaqlara dəstək olmağa çağırır.

Qısa müddət ərzində Elana bir cox uşaqlara dəstək olmuşdur ki, onların arasında beş azərbaycanlı uşaq da var. Elana onlara mütəmadi olaraq maddi və mənəvi dəstək göstərir. "Biz indiyə qədər Azərbaycanda xərçəng xəstəliyi ilə mübarizə aparan Sənəm, Mübariz, Hüseyn, Sidiqə və İbrahimə maddi və mənəvi yardım göstərmişik və onlarla dostlaşaraq mütəmadi olaraq görüntülü əlaqə saxlayırıq. Onlara buradan salamlar göndərirəm. Biz daha cox azərbaycanlı uşaqlara kömək etmək istəyirik”.

Siz aşağıdakı link ilə qeydiyyatdan keçib, dəstək ola bilərsiniz.
www.charidy.com/kccf

Gəlin hamımız bu balaca mələyə dəstək olaq. Çünki, biz birlikdə daha güclüyük!

 

+994 51 207 19 94 WhatsApp