EN RU
Günəş qoruyucu kremlər

Günəş qoruyucu kremlər

23.08.2019 370

Yay demək olar ki, bitdi və bir çoxumuz günəş qoruyucu vasitələrimizi kənara atırıq... Amma bunu etməyiniz yaxşı fikir deyil! Dəriyə qulluq fəsillərdən asılı olmayaraq müntəzəm şəkildə davam etdirilməlidir. Tədqiqatlar sübut etdi ki, aşağı SPF olmasına baxmayaraq, gündəlik günəşdən qorunmaq ultrabənövşəyi radiasiyanın uzun müddətli təsirini (dəri xərçəngi və vaxtından əvvəl qocalma daxil olmaqla) əhəmiyyətli dərəcədə azaldır.

Günəşdən qoruyucu vasitələrin müntəzəm istifadəsi vaxtından əvvəl yaşlanmanın və dəri xərçənginin qarşısını almağa kömək edir. Dəriyə düzgün qulluq üçün aşağıda qeyd olunmuş şərtlərə diqqət yetirmək lazımdır. 

Gündəlik günəşdən qoruyucu kremi dərinizə uyğun olub-olmadığına əmin olduqdan sonra ​​tətbiq edin.

  • Saat 12:00 və 16:00 arası günəşdən çəkinin
  • SPF tərkibli günlük kremdən istifadə edin
  • Üzgüçülükdən qayıtdıqdan dərhal sonra kreminizi yeniləyin.
  • Dəriyə qulluq üçün istifadə olunan vasitələrdə yalnız  marka seçmək kifayət deyil, siz həmçinin "mineral" günəşdən qoruyucu və "kimyəvi" günəşdən qoruyucu kremlər arasında da seçim etməlisiniz.. Hər birinin öz üstünlükləri var. Burada mineral və kimyəvi günəş qoruyucuları arasındakı fərqi anlamağa kömək edəcək bir neçə sadə məsləhət var.

Mineral günəş qoruyucuları əsasən bir neçə ada malikdir və sink oksidi və ya titan dioksid kimi komponentlərdən ibarətdir. Bu növ günəş kremi dərinizin üstünə hopacaq  günəş şüalarını dəf edən bir qalxan rolunu oynayacaqdır. Həm də birbaşa UB işığında bir az daha uzun müddət qalmağa meyllidir. Dermatoloqlar razılaşırlar ki, düzgün istifadə edildikdə bu mineral formul təkcə həssas dəriyə sahib insanlar  üçün yox, hətta uşaqlar üçün də təsirli və təhlükəsiz ola bilər.

Kimyəvi günəş qoruyucuları da öz növbəsində gündəlik istifadə üçün əladır. Günəşdən qoruyan bu növ kremlər dəriyə hopacaq və günəş şüalarını udaraq süngər kimi hərəkət edəcəkdir. İstifadə qaydası asandır, tərkibi bəsit olduğu üçün bu vasitə ağ ərp qoymadan dəriyə hopur. Lakin bu növ günəşdən qoruyucu vasitələr dəriyə sorularaq ona zahirən yumşaq görkəm verir.

SPF nədir və necə ölçülür?

SPF (Sun Protection Factor) - Günəşdən Müdafiə Faktordur, yəni ultrabənövşəyi şüalardan qoruma dərəcəsini ölçmək üçün bir yoldur. Amerika Dermatologiya Akademiyası 97% zərərli ultrabənövşəyi şüalardan qoruyan  30% dən aşağı olmayan SPF tövsiyə edir. Dəriyə qulluq zamanı istifadə etdiyiniz kremin SPF tərkibinə diqqət yetirməyi unutmayın!

 

Ümid edirik ki, bu məqalə Sizə faydalı olacaq!

+994 51 207 19 94 WhatsApp