EN RU
İspaniya və BƏƏ”də turizm məkanları yeni qaydalarla açılır!

İspaniya və BƏƏ”də turizm məkanları yeni qaydalarla açılır!

05.07.2020 143

Bir çox ölkə artıq vətəndaşlarının yay tətilində istirahət edə bilməsi üçün turizm məkanlarını yeni standartlara uyğun açmağa başlayıb. Bu ölkələr arasında ilkin olaraq istirahət üçün ən çox üstünlük verilən İspaniya və BƏƏ”nin məşhur əmirliklərindən olan Dubay haqqında məlumat vermək məqsədə uyğundur. BƏƏ, qlobal turizm üçün iyul ayından etibarən məhdudiyyətlərin aradan qaldırıla biləcəyini təxmin edir.

Dubaydakı yerli otellər artıq yavaş-yavaş açılır, lakin spa və fitness mərkəzləri bu sıraya daxil deyil. Əmirlik ictimai parkların və çimərliklərin mütləq şəkildə sosial məsafəyə əməl edilərək açıla biləcəyini bəyan etdi. Otelə gələn qonaqlar bir qayda olaraq maskadan istifadə etməli və Dubay höküməti tərəfindən təqdim olunmuş sağlamlıq bəyannamələrini doldurmalıdırlar. Bir sıra məhdudiyyətlərə baxmayaraq turizm üçün əhəmiyyətli addımlar atılıb, lakin, hələ də tibbi turizmlə bağlı ölkəyə giriş qadağındır.
İspaniyada isə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 20 təlimat dərc edildi. Təlimatlar İspan Turizm Keyfiyyəti İnstitu tərəfindən sektorun yenidən təhlükəsiz formada açılması üçün hazırlanıb. Hər təlimat kitabçası özlüyündə təmizlik, dezinfeksiya, texniki xidmətlə bağlı xüsusi göstəriş və məsləhətlərin yer aldığı 20 səhifədən ibarətdir. Bildiyimiz kimi, turizm bu ölkənin iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və təhlükəsizliyi maksimum qoruyaraq səyahətçilərin sahəyə etimadını artırmağa çalışırlar. Sonda bir məqamı qeyd etmək lazımdır ki, bu hazırlanmış təlimatlarda tibbi turizmlə bağlı qeydlərə yer verilməyib.

 

 

 

 

 

+994 51 207 19 94 WhatsApp