EN RU
CAR-T terapiyası

CAR-T terapiyası

06.11.2019 65

Leykemiya – ağ qan hüceyrələrinin bədxassəli şişi, qan xərçəngi; limfoma- limfa sisteminin şişidir. Bu gün həkimləri çarəsizliyə düçar edən bu xəstəliklər yalnız Azərbaycanda deyil, bütün dünyada ən çox yayılmışdır. Yalnız 2018-ci ildə ölkəmizdə limfoid leykemiya xəstəliyindən əziyyət çəkən 100-dən çox insan həyatını itirmişdir.

Leykemiyanın müxtəlif formalarının müalicə olunması üçün yönləndirilmiş müxtəlif dərmanlar, kimyaterapiyalar, şüalanmalar mövcuddur. Lakin bunların bir çoxu gücsüz və köhnəlmiş müalicə üsulu kimi hesab olunur. Son illərin ən yeni nailiyyətlərindən biri, xərçəng hüceyrələrinə təsirli hücum olunması və onların məhv edilməsi üçün xəstənin immun hüceyrələrini hərəkətə gətirməyə kömək edən hüceyrə terapiyası CAR-T –dir (chimeric antigen receptor - ximerik antigen reseptoru).

 

Bu terapiya necə təsir göstərir?

Əvvəlcə, laboratoriya köməkçiləri xəstənin qanının az bir hissəsini toplayır və bu qan nümunəsindən immun T-hüceyrələri tapılır. Sonra bu hüceyrələr genetik olaraq dəyişdirilir və onlardan süni şəkildə ximerik antigen reseptorları yaradılır ki, bu da T hüceyrələrinə xərçəng infeksiyasını tanımağa və selektiv (seçmə üsulu ilə) şəkildə məhv etməyə kömək edir. Bu prosedurdan sonra xəstə ən azı iki həftə, bəzən isə daha çox müddət xəstəxanada həkimlərin nəzarəti altında olmalıdır.

Bu terapiyanın effektivliyini aşağıda göstərilən faiz nisbəti üzrə müşahidə edə bilərsiniz:

  • 85%-90%  - azyaşlı uşaqlarda
  • 80%  - yetkinlərdə
  • 70%  - bütün pasientlərdə

Bununla yanaşı, xəstələrdə CAR-T müalicəsinin tətbiq olunmasına imkan verməyən məhdudiyyətlər mövcuddur.  Bu terapiya yalnız xəstə qan xərçəngini müalicə etmək üçün iki uğursuz cəhdlə qarşılaşdığı halda və ya xəstədə B hüceyrələrinin bədxassəli olduğu aşkar edildiyi halda istifadə oluna bilər.

 

CAR-T müalicəsi harada mümkündür?

Yeni CAR-T müalicə texnologiyası İsrailin aparıcı tibbi reabilitasiya mərkəzlərindən biri olan “Nika İsrail”-də təqdim olunur. MedVoyage artıq bir neçə illərdir ki, ən son müalicə metodlarının tətbiqi sahəsi üzrə Nika İsrail ilə rəsmi şəkildə əməkdaşlıq edir. Beləliklə, şirkətimizə müraciət edərək, xərçəngin yüksək keyfiyyətli və peşəkar müalicəsinin təşkil olunmasını əldə edə və onların mövcudluğunu əbədi unuda bilərsiniz.

 

Bütün suallarla bağlı +99455 224 80 85 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

MedVoyage - Daha yaxşı yaşayın!

 

 

 

+994 51 207 19 94 WhatsApp