Malayziya qədim mədəniyyət ilə proqresin birləşməsidir. Əsrlər boyu davam edən adət-ənənələr, heyratamiz dərəcədə gözəl təbiət, tarixi abidələr, qədim məbədlər yüksək ritmdə yaşayan müasir şəhərlərlə birləşir. Malayziyanın paytaxtı Kuala Lumpuraya uçuş 8 saat davam edir.
Malayziya Asiya bölgəsində yeni bir turizm məkanı hesab olunur. Malayziyaya bir dəfə gəldikdən sonra qısamüddət ərzində gəzə bilməyəcəyiniz bütün görməli yerləri görmək üçün yenidən bu isti ölkəyə qayıtmaq istəyəcəksiniz. Malayziya əməliyyat sonrası bərpa üçün yaxşı şərtlərin olduğu az ölkədən biridir. Ölkənin ekvatorial iqlimi il boyu dənizdə, dağlıq çay plantasiyalarında dincəlmək, eko-turizmlə məşğul olmağa imkan verir. Burada həmçinin qeyri-ənənəvi müalicə üsulları - Ayurveda, akupressura, akupunktur həmçinin müxtəlif masajlar, otlar, termal və mineral bulaqlar ilə müalicə metodu tətbiq olunur.
Malayziyada turizmin prioritet sahələrindən biri – tibbi turizm rekord nəticələr göstərir: Malayziya Səhiyyə Nazirliyinin nümayəndələrinin bildirdiyinə görə, son illərdə tibbi turistlərin sayı 30% -dən çox artmışdır buna görə də bu sahədən gələn qazanc da artmışdır.
Malayziyada səhiyyə sistemi
İnsanlara xidmət təklif edən xəstəxanaların əksəriyyəti beynəlxalq səhiyyə standartlarına uyğun fəaliyyət göstərən özəl müəssisələrdir. Malayziyada hazırda ən azı 35 xəstəxana tibbi turizm xidmətləri təklif edir.
Klinikalar və Müalicə
Ən böyük tibb mərkəzlərindən biri olan Sunway Tibb Mərkəzinin mehriban mühitinə düştükdən sonra oranı tərk etmək istəməyəcəksiniz. Orada bütün xəstəlik halları üçün şöbələr mövcuddur, keyfiyyətli tibbi xidmət münasib qiymətlərlə birləşir. Sunway Tibb Mərkəzi Malayziyanın ən böyük və ən yaxşılarından biridir. Sunway ASEAN, Şimali Amerika, Avstraliyanın aparıcı tibb müəssisələri və universitetləri ilə əməkdaşlıq edir.
Sunway Medical Center - Yetkin şəxslər üçün kardiocərrahiyyə
Sunway Medical Center, işlərindən zövq alan və klinikada qaldığınız müddətdə sizi mümkün qədər rahat etdirəcək həkimlər qrupuna sahibdir. Klinikada maliyyə əməliyyatları üçün 3 bankomat və mübadilə məntəqəsi var. Xəstələrin rahatlığı üçün klinikadan 10-15 dəqiqəlik məsafədə Sunway Pyramid Ticarət Mərkəzi yerləşir: «Ultra Luxury State of Art Mall». Əlavə olaraq, Asiyanın ən yaxşı tematik parkı - "Sunway Lagoon Tema Parkı" da oteldən 10-15 dəqiqəlik məsafədə yerləşir. Yetkin şəxslər üçün kardiocərrahiyyəSunway mərkəzində çox inkişaf etmişdir. Məşhur həkim Hardip Sinkh burada ürək əməliyyatları ilə məşğul olur.
Həkim Hardip Sinkh
- Tibb bakalavrı və Cərrahiyə bakalavrı
- Tibb elmləri bakalavrı (Malaya Universiteti)
- Malayziya Qızıl Aypara Cəmiyyəti (Edinburq)
- Tibb Elmləri Akademiyasının üzvü (Kardiotorakal cərrahiyyə, Sinqapur)
- Edinburq Kral Cərrahiyyə Kollecinin üzvü (Kardiotorakal cərrahiyyə)
- İngiltərə Kral Cərrahiyyə Kollecinin üzvü (Kardiotorakal cərrahiyyə)
- Qlazqo Kral Cərrahiyyə Kollecinin üzvü
- Avropa Kardiotorokal Assosiasiyasının üzvü
- (Avropa Şurası, Kardiocərrahiyyə)
- Avstraliya və Yeni Zelandiya kardio və torakal cərrahlar Assosiasiyasının üzvü (Kardiocərrahiyyə, Avstraliya)
- Torakal Cərrahlar Assosiasiyası (Amerika Birləşmiş Ştatları)
- Ürək-torakal cərrah-məsləhətçi
- ÜRƏK-DAMAR MƏRKƏZİ,
- «SUNWAY» TİBB MƏRKƏZİ, MALAYZİYA
ÜRƏK-DAMAR MƏRKƏZİ, “SUNWAY” TİBB MƏRKƏZİ, MALAYZİYA
Sunway Tibb Mərkəzi Malayziyada “Açıq ürək cərrahi əməliyyatları paketi” təklif edir:
- Aorta koronar şuntlama (АКŞ) – 16 000 ABŞ dolları
- АКŞ + Bir qapaq üzərində əməliyyat - 20 000 ABŞ dolları
- АКŞ + İki qapaq üzərində əməliyyat - 23 000 ABŞ dolları
- Mitral qapaq üzərində əməliyyat- 15 000 ABŞ dolları
- Aorta qapağı üzərində əməliyyat – 15 000 ABŞ dolları
- Mitral qapaq+ Aorta qapağı üzərində əməliyyat - 20 000 ABŞ dolları
- Mitral qapaq + Üçtaylı qapaq üzərində əməliyyat- 20 000 ABŞ dolları
- Aorta qapağı + Üçtaylı qapaq üzərində əməliyyat- 20 000 ABŞ dolları
- Qulaqcıqlararası çəpər qüsurunun aradan qaldırılması (QÇQAQ) -10 000 ABŞ dolları
CƏRRAHİ XİDMƏTLƏR PAKETİ
- Hava limanından otelə/ kurorta-xəstəxana çıxışından sonra hava limanına aparılır
- Qısa gözləmə müddəti ərzində tez və ödənişsiz çatdırılma və təcili immiqrasiya nəzarəti daxildir
- 7 günlük yerləşmə (xəstəxanadan 5-10 dəqiqəlik məsafədə): 4 nəfər yerləşdirilə bilər
- 7 gecə xəstəxanada qalma
- Klinik müayinə
- Standart qan analizi
- Əməliyyatlar və anesteziya haqqı
- Cərrahi avadanlıq və tibbi təchizatlar
- İntensiv terapiya şöbəsi, yüksək keyfiyyətli qulluq və palatada qalma
- AKŞ halları üçün:1000 ABŞ dəyərində DuraGraft (şuntun yerləşdirilməsi üçün dərmanla müalicə) daxildir
- Qapaqlarla bağlı əməliyyatlar üçün: mexaniki qapaq protezi daxildir
- İlk iki müayinə, konsultasiya üçün ödəniş nəzərdə tutulmur (pasiyent qeydiyyat, dərman və hər hansı zəruri müayinə üçün ödəniş edəcək)
- Qapaq ilə əlaqəli hallarda pasiyent qapaq bioprotezinin daxil edilməsinə üstünlük verərsə, 1500 dollar dəyərində ayrıca məbləğ əlavə ediləcək
- Hər şəraiti olan otel otağında yerləşmə
- Pasiyent «Sunway» otelində (4 * və 5*) qalmaq istəyərsə, bu zaman ayrıca razılıq əldə edilməlidir, lakin bu xidmətlər paketinə daxil deyil (xəstəxanaya piyada 10 dəqiqəlik məsafədə)
Əgər pasiyent xəstəxanada uzunmüddət qalmaq istəyərsə, yalnız gündəlik otaq xərcləri əlavə olunacaq.
Paketdə istisnalar (daxil deyil)
- Koronar angioqrafiya və EkoKq
- Ağır pulmonar hipertenziya
- İİV + (QİÇS), Hepatit +olan pasiyentlər
- Kardiogenik şok, xəstə, süni ağciyər ventilyasiya aparatına qoşulmuş və inotropdan asılı xəstələr
- Xroniki böyrək çatışmazlığı (sr creat> 150) və son mərhələdə böyrək çatışmazlığı, qaraciyər sirrozu
- Xroniki obstruktiv hava yolu xəstəliyi
- Autoimmun xəstəliklər və xroniki steroid müalicəsi
- Ürəkdə təkrar açıq əməliyyat
- İflic olan pasiyentlər
- Periferik damar xəstəliyi
- SM atın fraksiyası <30%
**** Fəsadlar yaranarsa, əlavə xərclərə səbəb olacaq.
Pasiyentlərin (müalicəyə) istiqamətləndirilməsi:
- Pasiyent aşağıdakı müayinələrin nəticələrini təqdim etməlidir:
- Koronar angiografiya (1 il ərzində)
- Exokardioqramma (3 ay - 6 ərzində)
- İHİV (QİÇS) testləri
- Hepatit B, C üçün qan testi
- Ağciyər vərəminin olmaması
- Paket meyarlarına cavab verməyən pasiyentlər əməliyyat oluna bilər və müalicə haqqı barədə onlara məlumat veriləcək.
Medvoyage – Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizlə əlaqə saxlayın +994 51 207 19 94