EN RU
Mammoplastika

Mammoplastika

04.07.2019 119

Mükəmməl tarazlığa malik, simmetrik süd vəziləri özümüzə olan güvəni daha çox artırır.  Əgər süd vəzilərinin asimmetrik vəziyyəti həyatımıza mənfi təsir edirsə bu problemi plastik cərrahiyyənin köməyi ilə aradan qaldırmaq mümkündür.

Süd vəzilərinin böyüdülməsi əməliyyatı qadınlarda süd vəzilərinin görünüşünün, ölçüsünün və konturlarının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

Qadınlar müxtəlif səbəblərdən süd vəzilərinin böyüdülməsi əməliyyatına üstünlük verirlər. Bəzi qadınlar düşünür ki, onların süd vəziləri həddindən artıq kiçikdir. Bəziləri hamiləlikdən sonra süd vəzilərindəki dəyişiklikləri aradan qaldırmaq üçün müraciət edir. Bəziləri isə süd vəzilərinin ölçülərindəki asimmetriyanı aradan qaldırmaq istəyir.

Süd vəzilərində həyata keçirilən mammoplastika (kosmetik cərrahiyyə) əməliyyatının üç əsas kateqoriyası var: böyütmə, kiçiltmə və rekonstruksiya.  

Cərrahi əməliyyatdan sonra bərpa prosesi:

  • Diskomfort hissini aradan qaldırmaq üçün əməliyyatdan sonrakı ilk günlərdə ağrıkəsici preparatlardan istifadə oluna bilər.
  • Ağır fiziki hərəkətlərdən uzaq durmaqla iki həftə sonra normal həyat fəaliyyətinizə qayıda bilərsiniz.
  • Şişkinlik və göyərmə kimi əlamətlər bir neçə həftədən sonra yox olacaq.
  • Süd vəzilərinin yekun ölçü və forması əməliyyatdan sonrakı 2-12 ay ərzində əldə olunacaq.
  • Gilə və areola nahiyəsində nadir hallarda həssaslıq hiss oluna bilər.  

«Medvoyage» belə problemlərin müalicəsi ilə yaxşı tanışdır və süd vəzilərinin gözəl və simmetrik quruluşunu bərpa etməkdə  Sizə  yardımçı olmaqdan məmnunluq hissi keçirir!

+994 51 207 19 94 WhatsApp