EN RU
Medvoyage SMM Xidməti

Medvoyage SMM Xidməti

10.06.2020 159

Medvoyage SMM Xidməti

Başlayaq ondan ki, Medvoyage tibbi brenddir. 2017-ci ildə 3 istiqamət üzrə fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində təqdim etdiyi yüksək keyfiyyətli xidmətlər sayəsində xidmətlərin sayını artıraraq 5-ə çatdırmışdır.  Demək olar ki, tibb sahəsinə aid bütün xidmətləri Medvoyage-da tapa bilərsiniz. Şirkətin məqsədi, Azərbaycanın səhiyyə imkanlarının, innovasiyalarının dünya miqyasına çıxarılmasıdır.

Yalnız həkimlər və tibb sahəsində çalışanlar üçün nəzərdə tutulan SMM xidmətimiz bizim bu sahədə rəqibimizin olmamasından xəbər verir. Medvoyage Smm xidmətinin sloqanı “ADINIZ BRENDİNİZ OLSUN”-dur. Sloqanımıza sadiq qalaraq biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Hədəfimiz SMM bazarında yüksək keyfiyyətlə müqəddəs həkim peşəsini layiqli təqdim etməkdir. Çünki bu işdə biz tək həkimin adını deyil, həmçinin öz adımızı da təmsil edirik. SMM xidmətimizdən yararlanmaqla Siz  Medvoyage şirkətinin digər xidmətlərindən yararlanmaq üstünlüyünü əldə edirsiniz.

Brend niyə lazımdır?

Brend- adınızı eşidəndə insanların ağlında formalaşan bir görüntüdür. Şəxsi brendin sizə açdığı imkanlar  sizin öz sahənizdə mütəxəssiz olaraq tanınmağınız və klinikalardan asılı qalmamağınızı təmin edir. Sosial şəbəkələrdə fərdi brend, bir anda çox sayda insana fəaliyyətinizi və iş nəticələrinizi nümayiş etdirmək imkanı verir. Bu, potensial müştərilərinizə özünüzü həm peşəkar, həm də bir şəxs kimi tanıtdırmaq imkanı verir.

Sosial Şəbəkə nədir?
Yaranma tarixi

Çoxları "sosial şəbəkə" anlayışının 1954-cü ildə ortaya çıxdığını və  internetlə heç bir əlaqəsi olmadığını bilmirlər. Sosial şəbəkə konsepsiyasını ilk dəfə sosioloq Ceyms Barners təqdim edib. "Sosial Şəbəkə" - sosial obyektlər (insanlar və ya təşkilatlar) və onların arasındakı olan əlaqə qovşaqlardan ibarət bir sosial quruluşdur.

Kompüter texnologiyasından istifadə edən ilk sosial şəbəkə, 1971-ci ildə ARPA Net şəbəkəsində hərbçilər tərəfindən istifadə olunan e-poçt texnologiyası idi.

Daha sonra 1988-ci ildə fin tələbəsi Bright Ojkar onlayn ünsiyyət qurmaq imkanı verən,  IRC (Internet Relay Chat) texnologiyası yaratdı.

1991-ci ildə İngilis alimi Tim Berners-Li tərəfindən yaradılan İnternet əlamətdar hadisə oldu.

Facebook

4 fevral 2004-cü ildə isə,  Sosial Şəbəkə müasir mənada  dünyaya ilk dəfə təqdim edildi. Belə ki, Harvard Universitetinin bir qrup tələbəsi başda bir müddət sonra məşhurlaşacaq Mark Zukerberg olmaqla The Facebook internet səhifəsini yaratdılar. O zamanlar sosial şəbəkə anlayışı, hələ də, yox idi və yaranan səhifə bir platforma kimi fəaliyyətə başlamışdır. Məqsəd – universitetdə oxuyanlar haqqında böyük bir  məlumat bazası yaratmaq idi.

Bu vaxtdan sosial şəbəkə insanların həyatına sürətlə inteqrasiya etməyə başladı. İnsanlar artıq "like" yarışına girir, paylaşdıqları şəkil, video və ya adi yazılı statusa (bir neçə ildən sonra bunların hamısı "content" adı altında birləşir) kimin daha  çox "like" yığacağı ilə lovğalanırdılar.

“Like yarışması" isə şirkətlərin sosial şəbəkəyə diqqətini artırır, çünki istehsal edilib bazara təqdim olunan məhsula qoyulan "like", bu məhsula marağı artırır ve real alıcı potensialı yaradır.

Sosial şəbəkə biznes sənayesi  kimi.

SMM nədir?

 

Sosial Media təkamül prosesinin növbəti mərhələsi kimi biznes sənayyəsində özünü göstərdi. Nəticədə olaraq Sosial Media Promotion-SMP yarandı. Qısa zamanda bütün iri şirkətlərin diqqətini cəlb edən SMP daha da inkişaf edilərək Sosial Media Marketing-SMM oldu.

Sosial Media Marketinq (Facebook və Instagram reklamları)- Sosial şəbəkələrdə ən sürətli və effektiv reklam növüdür. SMM haqqında günlərlə danışmaq olar. Bu mövzu adi bir Sosial səhifənin yaranmasından "Branding"-ə (məhsulun brendləşdirilərək bazara təqdim edilməsi) qədər geniş sahəni əhatə edir.

Bəs SMM-in tibbə, daha doğrusu, həkim və klinikalara nə aidiyyatı? Həkimlərin işinə marketoloq kimi yanaşsaq, onların təqdim etdiyi xidmətlər (məhsullar) müxtəlif xəstəliklərin müalicəsidir. Başqa cür desək, onların xidməti  bazara təqdim etdiyi "məhsuldur". Əgər həkim və klinikalar bazara məhsul təqdim edirlərsə, demək, onlar bazar iştirakçılarıdır və onlara müəyyən strateji irəliləmə lazımdır.

SMM-bu irəliləmədə  bu gün ən böyük alətlərdəndir. Çünki potensial xəstə, artıq xəstəxana ve klinikaları gəzmədən, evde oturaraq səhhətində olan problemi kimin daha yaxşı ve daha münasib qiymətə müalicə edəcəyini axtarır. SMM vasitəsi ilə düzgün təqdim edilən məhsul birbaşa müştərinin-pasiyentin diqqətini çəkir və həkimin potensial müştərilərini artırır.

Bu gün Instagram yaradıcılıq, əlavə gəlir əldə etmək və izləyici cəlb etmək üçün ən güclü platforma sayılır. Instaqram-da özəl iş səhifəsini və ya şirkətin səhifəsini idarə edirsinizsə, tanıtım və analitikanın əsas vasitələri haqqında bilməlisiniz. Yox, əgər vaxtınıza və gücünüzə qənaət edib, işin effektini qısa zamanda görmək istəyirsinizsə, bizə müraciət edin!

Medvoyage-dan SMM xidməti nə ilə fərglənir?

  • Yalnız tibb sahəsində çalışanlar üçün fəaliyyət göstərməklə
  • Tibb sahəsində professional olmağımızla
  • İşimizin yüksək keyfiyyəti ilə

Biz sizə nə təklif edirik?

Medvoyage SMM xidmətinin siması- Dr.Voyage professional komandası ilə səhifənizə özəl, təkrarlanmaz professional stil qatacaqdır. İşçi heyəti, smm menecerlər düzgün targeting seçimi edəcək, redaktorlar və yüksək zövqə malik dizaynerlər Sizin üçün  keyfiyyətli məzmunlu, maraqlı başlıqlı, original, kreativ, xüsüsi dizaynda postlar, professional foto və video çəkiliş komandası isə yüksək keyfiyyətli professional foto və video hazırlayacaqdır. Artıq səhifəniz də sizin işinizə və adınıza layiq peşakar şəkildə idarə olunacaqdır. Bu sizə professional,  gözoxşayan, zövqlü səhifə ilə yanaşı, istədiyiniz sayda izləyici yığmaq, həqiqi izləyicilərin coment və “like”-ları qazanma fürsəti, yəni potensial müştəri sayınızı artırmaq imkanı verir.

Hər hansı sualınız varsa, məmnunluqla cavablamağa hazırıq.

+994 50 228 20 65 (wp)

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook  - https://www.facebook.com/profile.php?id=108587250701288&ref=br_rs

 

Instagram   -https://instagram.com/medvoyage_smm?igshid=1o5f4pnfcsho

 

 

 

 

+994 51 207 19 94 WhatsApp