EN RU
Menopauza dövründə olan xanimlara xəbərdarlıq

Menopauza dövründə olan xanimlara xəbərdarlıq

21.01.2019 140

Menopauza üçün təyin edilən hormon əvəzedici müalicə, ağ ciyər emboliyası və ya dərin venaların trombozu riskini iki dəfə artıra bilər, The Daily Mail xəbər verir. Bu, Nottingham Universiteti tərəfindən 80 min qadın üzərində aparılan tətqiqat nəticəsində təsdiqlənmişdir.

Alimlərin fikrincə, risk ancaq hormonları həb şəklində qəbul edərkən artır. Plastr, gellər, kremlər belə təsirə səbəb olmamışlar. Üstəlik, yaşlı qadınlar üçün ən təhlükəsiz plastrlar olmuşdur. Statistikaya görə, hormon əvəzedici terapiya reseptlərinin yalnız 20% -i qeyri-oral vasitələrə düşür..

Həblərə gəldikdə, xüsusilə artan risk, tərkibində sintetik hormon deyil, estrogen olan tabletlər tərəfindən müşahidə olunur. Belə ki, peroral yolla hormon qəbul edən hər 10.000 qadın üçün hər il 9 tromboz hadisəsi müşahidə olunur. Həmçinin müəyyən edilmişdir ki, 5 il ərzində hormonal müalicə qəbul edən 10.000 qadından 60-nda döş xərçəngi, 15-ində yumurtalıq xərçəngi diaqnozu qoyulacaq.