EN RU
 Metastazlaşmış Döş Xərçəngi ilə Yaşamaq

Metastazlaşmış Döş Xərçəngi ilə Yaşamaq

11.10.2019 175

Ola bilər ki, sizdə mestastazlaşmış döş xərçəngi var? Siz tək deyilsiniz.

Medvoyage tibbi yardım almaq üçün məlumatlı şəkildə qərar qəbul etməkdə sizə köməklik edəcək!

Araşdırmalara görə, erkən mərhələdə xərçəngdən əziyyət çəkən xəstələrin 20-30%-də xərçəngin müalicə olunduğu bildirilsə də, bu xəstəliyin metastazlaşmış formada geri qayıtma ehtimalı olur. 8% hallarda isə, döş xərçənginin ilkin diaqnozu zamanı onun metastazlaşdığı müəyyən edilir.

Döş xərçəngindən əziyyət çəkən hərkəsdə xərçəngin 4-cü mərhələsində simptomlar müşahidə edilmir. Hər qadının yaşadıqları fərqlidir. Simptomların meydana gəlməsi  xərçəngin hansı nahiyəyə yayılmasından asılıdır. Bəzi simptomlar bunlardır:

  • Arıqlama
  • Qarın nahiyəsində ağrı və ya şişkinlik
  • Təngnəfəslik
  • Döş qəfəsində və ya döşdə şişin olması
  • Sümüklərdə ağrılar

Metastazlaşmış döş xərçəngini müalicə etmək üçün bir çox üsullar mövcuddur. Daha çox yaşamağınız və hər gün özünüzü daha yaxşı hiss etməyiniz üçün mümkün variantların seçimində tibbi personala yardım edə bilərsiniz.

Düzgün müalicə aşağıdakılardan asılıdır:

  • Döş xərçəngi hansı nahiyəyə yayılıb
  • Genlər, proteinlər və ya xərçəng hüceyrələrinin digər xüsusiyyətləri
  • Simptomlarınız
  • Sınaqdan keçirdiyiniz digər müalicələr
  • Ümumi sağlamlıq vəziyyətiniz

Dostlarınızdan və ailənizdən, yaxud da döş xərçəngi olan başqa insanlardan güclü sosial dəstək almaq vacibdir. Yola çıxdığınız bu proses çətin olduğundan, 4-cü mərhələ döş xərçəngi ilə təkbaşına mübarizə aparmaq lazım deyil.

Metastazlaşmış döş xərçəngi ilə yaşamaq ciddi və qorxuducu problem olsa da və xərçəngin inkişaf etmiş mərhələsi hesab edilsə də, ümidlərinizdən vaz keçməyin. Bir çox insan həm həyat keyfiyyətini təmin edən, həm də xəstəliyi nəzarətdə saxlayan seçimlərin və tədbirlərin sayəsində metastazlaşmış döş xərçəngi ilə uzun və məhsuldar həyat yaşayır.

Hər günü dolu-dolu yaşa və sev. Bəzi günlər asan olmayacaq və qışqırmaq, ağlamaq, qorxmaq və kədərlənmək normal hisslərdir. Bunlar keçib gedəcək. Həyat daha da yaxşılaşacaq. Yaşayın, sevin, gülün və əgər mümkündürsə, səyahət edin. ELƏ İNDİ!

Özünüzü daha yaxşı hiss edə bilməyiniz üçün Medvoyage komandası ilə məsləhətləşin!

 

 

 

+994 51 207 19 94 WhatsApp