EN RU
Minimal invaziv üsulla onurğa əməliyyatı

Minimal invaziv üsulla onurğa əməliyyatı

23.05.2019 86

Minimal invaziv onurğa əməliyyatı cərrahi əməliyyat zamanı travmanı minimuma endirmək üçün istifadə olunan üsuldur.

Ənənəvi açıq onurğa əməliyyatı ilə müqayisədə minimal invaziv onurğa əməliyyatının üstünlükləri aşağıdakılardır:  

  • Dərinin kiçik kəsikləri zamanı daha yaxşı kosmetik nəticələr (bəzən 2 santimetrə kimi)
  • Cərrahi əməliyyat zamanı daha az qan itkisi
  • Əzələlərin daha az kəsiyi və ya ümumiyyətlə kəsilməməsi səbəbindən əzələ zədələnmələri riskinin az olması
  • İnfeksiya riskinin və əməliyyat sonrası ağrı hissinin az olması
  • Əməliyyatdan sonra sürətlə sağalma və daha qısa müddətli reabilitasiyanın tələb olunması
  • Əməliyyatdan sonra ağrıkəsicilərdən asılılığın az olması.

Müalicə üsulunun məqsədi pasiyentlərin aktiv həyat fəaliyyətini davam etdirmələri üçün onları təkrar ayağa qaldırmaqdır. Əmək fəaliyyətinizə davam etməyinizdən, təbiətdə vaxt keçirməyinizdən və ya ailə və dostlarla vaxt keçirməyinizdən asılı olmayaraq minimal invaziv onurğa əməliyyatı bütün bunları daha təhlükəsiz üsulla həyata keçirəcəkdir.

+994 51 207 19 94 WhatsApp