EN RU
Saç əkimi

Saç əkimi

11.04.2019 340

Statistik məlumatlara əsasən, dünyada kişilərin təqribən 35%-i saç tökülməsindən əziyyət çəkir. Dərman müalicəsi və terapevtik üsullarla müalicə heç də həmişə müsbət nəticə vermir. Problemin ən təsirli həll yolu saçların klinik şəraitdə əkilməsidir.

 

Biz sizə FUE üsulu ilə saç əkimini təklif edirik.

Pasiyentin ənsə nahiyəsindən və ya bədəninin digər nahiyələrindən 1-3 tükdən ibarət saç qrupları bir-bir götürülür.  Əməliyyat ağrısız şəkildə bir gün ərzində həyata keçirilir.

 

FUE üsulu aşağıdakı mərhələlərdən ibarətdir:

 

  • 1-ci mərhələ– Köçürüləcək toxumanın (qraft) çıxarılması və manipulyasiyası.

 

  • 2-ci mərhələ – Saçların əkilməsi üçün kanalların formalaşdırılması.

 

  • 3-cü mərəhələ– Yaradılmış kanallarda transplantatların bir-bir əkilməsi.

 

FUE üsulundan istifadə etdikdə əməliyyat izləri bir neçə gündən sonra yox olur.