EN RU
Saç transplantasiyası

Saç transplantasiyası

20.05.2019 99

Saç tökülməsi həm kişilər, həm də qadınlar üçün özünə güvənin azalması, narahatlıq və depressiyaya səbəb ola bilər. FUT (follikulyar unite transplantasiyası) adlanan və köhnə üsulla həyata keçirilən ənənəvi saç transplantasiyası cərrahlardan başın arxa hissəsinin dərisindən geniş sahəyə malik loskut kəsilməsini tələb edir. Bu, ağrıya, dəridə böyük çapıq hissinin qalmasına və 6-8 həftə sağalma müddətinin tələb olunmasına səbəb olur. Biz sizə çapıqsız saç transplantasiyası sistemini təklif edirik.

Saç əkilməsi üzrə cərrahi əməliyyat keçəlliyi aradan qaldırmaq üçün istifadə olunan üsuldur. Saç transplantasiyası kişilərdə keçəlliyin müalicəsi üsulu deyil. Belə ki, transplantatlar baş dərisinin keçəl hissəsini örtür, lakin onlar gələcək saç tökülməsinin qarşısını almır. 

Transplantasiyadan sonra ilk olaraq əkilmiş saçların tökülməsi baş verəcək. Bu narahatlığa səbəb olmamalıdır, belə ki, bu, prosesin normal tərkib hissəsidir. Bu proses başa çatdıqdan sonra pasiyentin nəticə əldə edəcəyi ümumi müddət aşağıdakı kimidir:

  • 3-4 ay.  Saçların uzanması müşahidə olunur.
  • 5-6 ay. Saçlar 1-3 düym uzanır.
  • 8-12 ay. Yekun nəticə.

Əkilmiş saç uzanmağa davam edir və tökülmür.

+994 51 207 19 94 WhatsApp