EN RU
Tədqiqatçılar süni pankreas hüceyrələrini icad etdilər

Tədqiqatçılar süni pankreas hüceyrələrini icad etdilər

15.01.2019 140

Vaşinqton Tibb Məktəbi Universiteti son işinin nəticələrini təqdim etdi - belə ki, alimlər kök hüceyrələrindən insulin ifraz edən beta hüceyrələrini əldə etməyə müvəffəq olmuşlar. Xinhua qeyd edir ki, yaranan hüceyrələr həmişəkindən daha çox qan şəkərinin dəyişməsinə qarşı həssasdırlar.

Alimlər daha effektiv hüceyrələr əldə etmək üçün hüceyrə böyüməsi istiqamətində müxtəlif dövrlərdə müxtəlif amillərdən istifadə etmişlər. Sonra bu hüceyrələri dibetli və immuniteti aşağı olan siçanlara nəql etmişlər ( qarantiya ondadır ki, orqanizm nəql olunmuş hüceyrələri rədd etməyəcəkdir). Tədqiqatr göstərir ki, yeni hüceyrələr şəkəri kontrolda saxlamağa kifayət edən dozada insulin istehsal edərək siçanları bir neçə ay diabetdən qorumuşdur.

Oxşar tədqiqatlar əvvəllər də, həyata keçirilmişdir. Lakin əldə olunan hüceyrələr qeyri-adekvat dozda insulin istehsal edirdi-ya çox aşağı, ya da həddindən çox. İnsanlar üzərində bunu test etmək üçün alimlər 2 plan üzərində düşünürlər. Birincisi -kök hüceyrələrini elə bir keçiriciliyi olan gel içərisinə yerləşdirmək ki, oraya immun hüceyrələri daxil ola bilməsin, lakin insulin xaric olsun. İkincisi isə nəql olunmuş hüceyrələri immun hüceyrələrin hücumundan qorumaq üçün genomun redaktə mexanizmlərindən istifadəsidir.