EN RU
Surroqat analıq

Surroqat analıq

03.07.2019 390

Surroqat analıq – müxtəlif şəxslər və ya cütlüklər üçün uşaq dünyaya gətirmə prosesidir ki, bu zaman həmin şəxs və cütlüklər uşağın qanuni valideyni olur və onu boya-başa çatdırırlar. Surroqat analıq sonsuz cütlüklərə övlad sahibi olmaq imkanı verir.

Surroqat analığın səbəbləri

  • Surroqat analıq üçün aşağıdakı hallarda müraciət oluna bilər:
  • Qadın hamilə qala bilmədikdə və ya hamiləliyi davam etdirə bilmədikdə.
  • Qadının sağlamlıq vəziyyəti hamiləlik üçün təhlükəli xarakter daşıdıqda.
  • Subay kişi öz spermasından istifadə etməklə uşaq sahibi olmaq istədikdə.
  • Embrionları dondurulmuş qadın vəfat etdikdə və onun həyat yoldaşı bu embrionlardan istifadə etməklə uşaq sahibi olmaq istədikdə.

Surroqat analıq zamanı embrion gələcək valideynlərin (və ya donorlar) yumurta və spermasından istifadə etməklə yaradılır və surroqat ananın uşaqlığına yeridilir. Surroqat ana uşaqla heç bir genetik bağlılığa malik olmur. Hamilə qalmaq məqsədilə onun yumurtalarından istifadə etmək olmaz.

+994 51 207 19 94 WhatsApp