Sağlamlıq və tibbi səbəblərdən səyahət təcrübəsi uzun tarixə malikdir. Hətta qədim mədəniyyətlər mineral termal bulaqların və müqəddəs məbəd hamamlarının müalicəvi təsirlərindən xəbərdar idilər. Arxeoloji qazıntılara əsasən şumerlərin termal suların ətrafında qədim müalicə mərkəzlərini yaratdıqları məlum olmuşdur.
Tunc dövründə isə, insanların müasir dövrdə İsveçrə ərazisində St Moritz olaraq adlanan ərazidə mineral sularda müalicə olunduqlarına və o sudan sağlamlıqlarını qorumaq üçün içdiklərinə dair tapıntılar aşkar edilmişdir. Misir ərazisində əldə edilən qaynaqlara görə, qədim Misir dövründə yaşayanlar uzun yolları qət edərək tibbin inkişaf etdiyi mərkəzlərə xəstəliklərinə çarə tapmağa gedirdilər. Tibbi turizm şəbəkəsinin müasir dövrə uyğun formasını ilk dəfə yaradanlar isə qədim yunanlar idi.
Tibb tanrısı “Asclepius”un şərəfinə yunanlar dünyanın ilk sağlamlıq mərkəzlərindən birinə çevrilən Asclepius məbədini qurmuşdular. Dünyanın hər tərəfindən insanlar xəstəliklərinə çarə tapmaq üçün bu məbədə səyahət edirmişlər. Hindistanda isə tibbi turizm yoga və Ayuverda təbabətinin populyarlaşması ilə inkişaf etməyə başladı. Şəfa axtaran səyyahlar və ruhani tələbələr bu alternativ müalicə üsullarının faydalarını görmək üçün Hindistana daimi axın edirdilər. Roma artıq qlobal gücə çevrildikdən sonra bir neçə isti su hamamı və termal bulaqlar meydana gəldi və elita arasında populyarlıq qazandı. Roma Sivilizasiyasının süqutu ilə Asiya səhiyyə səyahətçiləri üçün əsas tibbi turizm məkanı kimi fəaliyyət göstərməyə başladı. Məbədlər öz yerlərini müalicə axtarışında olan səyahətçilərə xidmət göstərən xəstəxanalara verdi. Orta əsrdə Yaponiyada isə “onsen” adlı isti mineral bulaqlar müalicəvi xüsusiyyətləri səbəbi ilə xalq arasında məşhurlaşmışdı.
Döyüşçü klanlar bu bulaqların müüalicəvi əhəmiyyətinin fərqinə vardıqdan sonra ağrıları yüngülləşdirmək, yaraları sağaltmaq üçün istifadə etməyə başladılar. Erkən İslam mədəniyyətində əcnəbilərə xidmət göstərən bir çox sağlamlıq sistemləri qurulmuşdu. Eramızın 1248-ci ilində Qahirədə tikilmiş Əl-Mənsuri dövrün ən böyük və inkişaf etmiş xəstəxanası oldu. 8000 nəfərlik bu xəstəxana, irqindən və dinindən asılı olmayaraq hər bir əcnəbi üçün məşhur tibb məntəqəsi olmuşdu.
İntibah dövrü və sonrası təkcə incəsənət və mədəniyyətin deyil, həmçinin tibbi turizmin inkişafını da özündə ehtiva etmişdi. Elə mənşəyini romanların “Salude Par Aqua” sözündən götürən SPA kəliməsi və anlayışı elə bu dövrlərdə yaranmağa və tibbi turizmin geniş hissəsini əhatə etməyə başladı.
1900-cü illər ərzində isə tibbi turizmin inkişaf etdiyi ərazilər öz istiqamətini dəyişdi. Belə ki, 1980-ci illərdən başlayaraq tibb sahəsindəki qiymətlər artmağa başladı. Nəticədə insanlar müalicə üçün daha sərfəli ərazilərə üz tutdular. O dövrdə Amerikadan minlərlə insan Kosta-Rikaya stomotoloji xidmətlər üçün səyahət edirdi. Bu hal Amerikanı narahat etməyə başladı və bu vəziyyəti balanaslaşdırmağa çalışsa da, cəhdlər uğurlu alınmırdı. 1997-ci ildə Tayland valyutası çökdükdən sonra, hökümət tibbi turizm sahəsində ölkə gəlirini artırmağı qarşısına hədəf qoydu. Buna plastik əməliyyatlar üçün əlverişli ölkə olduqlarını iddia etməklə başladılar və qısa zamanda Tayland bu sahədə populyarlıq qazandı. Hal- hazırda Tayland tibbi turizmdə ən çox üstünlük verilən regionlardan biridir.
Son dövrün tibbi turizm statistikasına gəldikdə isə, 2019-cu ilin top10 tibbi turizm ölkəsi aşağıdakılardır:
https://www.2traveling.com/top-10-worlds-best-medical-tourism-destinations/
Digər bir ingilis dilli mənbədə isə, sıralama biraz fərqldir:
https://wotmed.com/blog-10-best-countries-for-medical-tourism/
Ümumiyyətlə hər iki sırada olan ölkələr tibbi turizmin inkişaf etdiyi və gələcək potensial olaraq inkişafın daha da sürətlənəcəyi ehtimal olunan ərazilərdir.
Subscribe and be the first to get notified ond our newsletters