Hal-hazırda Türkiyə dünyada tibbi turizmin sürətlə inkişaf etdiyi ölkələrin arasındadır və hər il yüz minlərlə insan bura müalicə üçün üz tutur. Azərbaycandan da xaricə tibbi turizmlə bağlı gedənlərin böyük əksəriyyəti qonşu dövlət – Türkiyəni seçir. Pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğu üçün ölkələr artıq ərazisinə xarici pasiyentləri qəbul edə bilmirdilər. Lakin may ayının ortalarından bəzi ölkələrin qarşılıqlı sərhədlərini açması və yumşaldılma siyasətinin yeridilməsi ilə Türkiyə höküməti mayın 20-sində 31 ölkədən xəstələri qəbul edə biləcəyini açıqlamışdı. Ölkəmizin adı həmin siyahıda vardı. Dərhal ardından 28 may tarixində isə bəyanat “bütün ölkələrdən gələcək xəstələr” olaraq dəyişdirildi və həmin tarixdən Türkiyə artıq müəyyən şərtlər daxilində tibbi turizmlə bağlı səyahət edən hər kəsi ölkəyə qəbul etməyə başladı. Əgər hər hansı bir ölkənin vətəndaşı müalicə üçün bu ərazini seçirsə aşağıdakı şərtlərlə mütləq şəkildə tanış olub, onlara uyğun hərəkət etməlidir:
1. Əgər şəxs hava nəqliyyatı ilə səyahət edirsə, Covid-19 testi mənfi çıxmasına rəğmən uçuş saatına qədər virusun əlamətlərindən hər hansı biri anidən (məsələn öskürək) özünü biruzə versə, xəstə və qohumlarının uçuşuna icazə verilməyəcək.
2. Tibbi maskadan istifadə hər kəs üçün mütləqdir, lakin sağlmalıq vəziyyətinə görə taxa bilməyən sərnişinlər ən arxa oturacaqlarda aralarında ən azı 1 metr məsafə ilə əyləşəcəklər.
3. Təyyarədə sərnişənlərin hər biri üçün maska və antiseptiklərdən ibarət tibbi dəstlər təqdim olunacaq.
Xəstəxanalarda isə aşağıdakı təlimatlara uyğun olaraq müalicə və müayinələr həyata keçiriləcək:
1. Xəstə və yaxınları əgər müalicə sonrası Türkiyədə turist kimi qalmaq istəsələr, müalicələri tez bitsə belə 7 gün müddətində xəstəxananı tərk edə bilməzlər.
2. 7 gündən sonra PCR testi edildikdə əgər nəticə neqativ çıxarsa, o zaman xəstə və yaxını xəstəxanadan çıxa biləcək.
3. Test etdirmək istəməyənlər isə 14 gün müddətində mütləq şəkildə xəstəxanada qalmalıdırlar, təyin edilən müddət bitdikdən sonra turist kimi ölkədə qalmağa davam edə bilərlər.
Əgər xəstə və yaxınları 7 gündən əvvəl Türkiyədə qalmadan öz ölkələrinə qayıtmaq istəsələr onlara PCR testi ediləcək. Nəticələr neqativ olarsa onlar xüsusi nəzarətlə sərhəddə qədər gətirilib yola salınacaqlar.
Subscribe and be the first to get notified ond our newsletters