EN RU
Üz pilinqi

Üz pilinqi

30.01.2020 236

Üz pilinqi buynuzlaşmış təbəqənin xaric edilməsi sayəsində üz dərisinin təmizlənməsinə, cavanlaşdırılmasına və hamarlanmasına nail olmağa kömək edir. Prosedur elastin və kollagen istehsalına başlayaraq,  dərinin elastikliyini və tonusunu artırır. Bundan başqa pilinq çapıq və piqment ləkələr kimi  problemlərin aradan qaldırılmasına kömək edir.

Bu prosedur dəridə ölü dəri hüceyrələrinin üst təbəqəsini aradan qaldıran və altındakı yeni yumşaq və hamar dərini aşkar etməklə yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdıran kimyəvi məhlulun üz dərisinə tətbiq edilməsi prosesini əhatə edir. 

Dəri pilinqlərindəki güclü təsirə malik inqrediyentlər qarışımının dəriyə hopması nəticəsində açıq məsamələrin əmələ gəlməsi əhəmiyyətli dərəcədə azalır, ölü hüceyrələr, ləkələr, sızanaqlar və piqmentasiya yox olur, çatlar və qırışıqlar hamarlaşır. Həmçinin bu prosedur Azərbaycan daxil olmaqla, bütün dünyada dəri xəstəliklərinin müalicəsində də tətbiq edilir.

Üz pilinqini ev şəraitində də həyata keçirmək olar, lakin mütəxəssisə müraciət etsəniz, effekti daha da gözəçarpan olar. Medvoyage şirkəti üz pilinqi sahəsində aparıcı mütəxəssislərin geniş seçimini təklif edir.     Medvoyage-ın Azərbaycanda işləyən mütəxəssisləri, yenilikləri tətbiq və gigiyena qaydalarına əməl edərək, prosesi dəqiq və məharətlə həyata keçirir. Gözəllik salonunda aparılan pilinq prosedurasını intensivliyindən və təsir metodundan (mexaniki, bitki, kimyəvi) asılı olaraq bir neçə qrupa bölmək olar. Maksimal nəticələrə nail olmaq üçün  Medvoyage-ın partnyor-dermatoloqları dəri tipindən, tonusundan və vəziyyətindən asılı olaraq Sizə pilinq kursları tövsiyə edəcək

Medvoyage – Yubanmadan, elə bu gün konsultasiyaya yazılın və fərdi müalicə planınızı müzakirə edin.

+994 51 207 19 94 WhatsApp