Allergiya orqanizmin immun sisteminin qıcıqlandırıcılara – allergenlərə qarşı ani cavab reaksiyasıdır.
Allergiya üçün xarakterik olan simptomlar xəstəyə nəinki normal həyat fəaliyyətini davam etdirməyə mane olur, eləcə də, həyat üçün həddindən artıq təhlükəli ola bilir.
Orqanizmin allergik simptomları aşağıdakılardır:
- Öskürək
- Tənəffüsün çətinləşməsi, təngnəfəslik tutmaları
- Gözlərdə qızarma, sulanma və yaxud quruluq
- Burun tutulması
- Dəridə səpkilər, qaşınma
- Kvinke ödemi-dodaqların, dilin və udlağın şişməsi
Allergiya ilə mübarizə aparmaq üçün orqanizmin normal fəaliyyətinə mane olan allergeni müəyyən etmək lazımdır.
Biz pasiyenti onun müxtəlif allergenlərə həssaslığını müəyyən etmək üçün zəruri olan müasir avadanlıqlarla təchiz olunmuş ən yaxşı klinikalara yönləndiririk.
Bundan əlavə, allergik konyunktivit, astma, dermatit, övrə kimi allergik xəstəliklərin müalicəsinə köməklik göstəririk.