EN RU

 

Barrett qida borusu – ağzı mədəyə bağlayan udma borusunun düz astarının turşu reflü ilə zədələnməsi və buna görə qalınlaşmasına, selikli qişasının isə qırmızılaşmasına səbəb olur. Tibbi dildə bu vəziyyət bu hal "Qastro-ezofageal reflyuks xəstəliyi (QERX)" adlandırılır və ürək qıcqırması ya da gəyirmə ilə müşayiət edilə bilir. Bəzi insanlarda bu QERX Barrett qida borusunun yaranmasına gətirərək hüceyrələrdə dəyişikliyə səbəb ola bilər və ya həmin qida borusu QERX-siz də yarana bilər. Barrett qida borusu həm də xərçəngin yaranma riskinin artması ilə əlaqəlidir.

Medvoyage komandasında yüksək ixtisaslı həkimlər qida borusunun xərçənginin yaranma riskinin yüksək olmadığından əmindirlər, lakin xərçəngönü hüceyrələri aşkar etmək və bununla da xərçəngin qarşısını almaq üçün hərtərəfli görüntüləmə və qida borusunun geniş biopsiyası ilə mütəmadi müayinələr aparılmalıdır.

Müxtəlif ixtisaslar üzrə Medvoyage tərəfdaşları olan həkimlər və klinikalar Barrett qida borusunun mövcud olduğu insanlar üçün çoxsahəli qayğı qrupu yarada və ehtiyaclarınıza cavab verən hərtərəfli diaqnostika və müalicə planları təqdim edə bilərlər.

Təkmilləşdirilmiş diaqnostika və müalicə

Bu xəstəliyin müalicəsi qida borusunun selikli qişasının endoskopiya ilə monitorinqindən başlayıb zədələnmiş toxumaların çıxarılma prosedurası ilə bitə bilər.

Biz isə xüsusilə sizin üçün ən yaxşı metodları təqdim edə biləcək mütəxəssisləri seçdik.

Gəlin Barrett qida borusu ilə vəziyyəti yaxşılaşdırmaq üçün mütəxəssislərimiz tərəfindən əsas və istifadə olunan metodlara birlikdə baxaq:

  • Barrett qida borusundakı erkən xərçəng elementlərini göstərən xərçəngönü dəyişiklikləri aşkar etmək üçün görüntüləmə üsulları;
  • Barrett qida borusu ilə əlaqəli ola biləcək genetik amillərin nəzərdən keçirilməsi və müəyyənləşdirilməsi;
  • Əməliyyata ehtiyac olmadan müalicə üsulları;
  • Əməliyyat zamanı minimal invaziv yanaşmadan istifadə edilməsi;
  • Qida borusunun selikli qişasındakı dəyişikliklərin aşkarlanması;
  • Nissen fundoplikasiyası əməliyyatı – qida borusunun alt sfinkterinin gücləndirilməsinə yönəldirilib;
  • LINX proseduru – qida borusunun alt ətrafında bir cihaz yerləşdirilməsi;
  • Stretta proseduru;
  • Radiofrekans ablasiyası – anormal hüceyrələri öldürən istilik yayan xüsusi bir bağı olan endoskop;
  • Kriyoterapiya – anormal hüceyrələri dondurmaq üçün soyuq qaz və ya maye yayan endoskop;
  • Fotodinamik terapiya – porfimer (fotofrin) adlı fotohəssas kimyəvi maddənin enjekte edilməsi.

 

 

Medvoyage-ın tibb mütəxəssisləri bir sıra patoloji vəziyyətlərin simptomsuz keçirilə biləcəklərini iddia edirlər, buna görə heç bir şey sizi narahat etməsə belə müayinədən keçmək vacibdir.

Mütəxəssislərimizlə indi məsləhətləşin və nəinki yerli, həm də xarici həkimlər arasında uyğun bir həkim seçin və biz sizin üçün ən effektiv müalicəni təşkil edəcəyik.

Medvoyage – sağlam olun!

 

 



                                                                                                                                                                                                                               

Sifariş forması

+994 51 207 19 94 WhatsApp