EN RU

“Medvoyage” şirkəti, beynəlxalq səviyyədə tanınmış Ukraynanın aparıcı Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi Elmi və Praktik Tibbi Mərkəzi ilə birlikdə “ÜRƏKLƏRİMİZİ QORUYAQ!” proqramına start verdi. Bu mərkəz anadangəlmə və qazanılmış ürək qüsurlarının müalicəsində yeni bir üsuldan istifadə edərək tibdə bir yeniliyə imza atdı. Ukrayna klinikasında hər il 3000-dən çox əməliyyat icra edilir. Əməliyyat edilən xəstələrdən ən kiçiyi doğuşdan cəmi 2 saat keçmiş körpə, ən yaşlısı isə -97 yaşlı ahıl bir insan idi. Sözügedən mərkəzin mütəxəssisləri Avropa Kardiotorokal Cərrahiyyə Birliyi (EACTS), Avropa Uşaq Ürək Cərrahları Birliyi (ECHSA) kimi Avropa, Amerika və dünya tibb işçilərinin peşə birliklərinin üzvləridir. Həkimlər Almaniya, İngiltərə, ABŞ, Kanada və Avstraliyada öz Mərkəzlərini lazımi səviyyədə təmsil edirlər. Azərbaycan, Qazaxıstan, Moldova və Orta Asiya ölkələrindən gələn pasiyentlərin əksəriyyəti müalicə üçün yüksək səviyyəli tibbi xidmət təmin edəcəklərinə zəmanət verən məhz bu Mərkəzə müraciət edirlər. "Medvoyage" şirkəti, öz növbəsində, Mərkəz ilə möhkəm dostluq və tərəfdaşlıq münasibətlərindən istifadə edərək, Sizin müalicənizin əvvəldən sonadək rahat keçməsi və təşkili məsələlərini öz öhdəsinə götürür.

Medvoyage” və Mərkəz tərəfindən " Ürək Ayı – ÜRƏKLƏRİMİZİ QORUYAQ!"

Layihəsi çərçivəsində tərtib edilən proqramlar sırasına aşağıda sadalanan əhəmiyyətli iş xidmətləri kimi xidmətlər də daxildir.

- “Dölün ürəyi” diaqnostik proqramı. Bu proqram, hamiləliyin 18-ci həftəsində ürək qüsurlarını təyin etməyə imkan verir, eyni zamanda uşağın doğuşdan əvvəl müşahidə taktikasını və sonrakı müalicəsini təyin edərək, gənc analara dölün ölümlə nəticələnməsi hallarını azaltmaq imkanını yaradır.

- Qeyri-rəsmi adı "Ukrayna metodu" kimi səslənən CorD proqramı. Proqram ilk dəfə Mərkəzin rəhbəri İlya Emets tərəfindən 30 sentyabr 2009-cu ildə dünyada tətbiq edilməyə başlamışdır. Bu proqrama, yeni doğulmuş körpənin ürəyində donor qanı əvəzinə onun öz göbək qanından istifadə edilərək aparılan əməliyyatlar daxildir. Bu əməliyyat doğuşdan sonra ilk dəqiqələrdən göbəkbağı qanı yığıldıqdan və kardioloji müayinədən dərhal sonra həyata keçirilə bilər. Donor qanının əvəzinə körpənin öz göbəkbağı qanından istifadənin müsbət amilləri: körpənin öz qanı əlavə kimyəvi maddələrlə zəngindir, tərkibində oksigen ilə zəngin kök hüceyrələri var, yenidoğulmuş körpənin immun sisteminə əlavə bir yük yaratmır. Son 10 ildə bu proqram çərçivəsində 300-dən çox əməliyyat icra edilmişdir. Layihə, həmçinin, İsveçrə, Böyük Britaniya, Polşa, Hindistan, Türkiyədə keçirilən bir sıra nüfuzlu forumlarda xarici mütəxəssislər tərəfindən qiymətləndirilmiş və Amerika Torokal Cərrahlar Assosiasiyasının iki qurultayında keçirilən təqdimatlarda yüksək dəstək və təqdir almışdır.

- “Kardionun üzünömürlülüyü” proqramı. Bu proqram çərçivəsində yaşlı insanlara tibbi xidmət göstərilir. Ən uğurlu əməliyyatlardan biri, 97 yaşında bir insanın ürəyinin orta qapağının əvəzlənməsi idi. Müasir tibbin nailiyyətlərinin tətbiqi sayəsində, Mərkəz, qeyri-travmatik minimal invaziv cərrahiyyə üsullarından və fərdi olaraq seçilmiş terapiyadan istifadə edərək, müalicənin keyfiyyətinin yaxşılaşdırılmasında və xəstələrin ömrünün uzadılmasında əhəmiyyət kəsb edən uğurlar qazanmışdır.

Bütün göstərilən proqramlardan başqa, "ÜRƏKLƏRİMİZİ QORUYAQ!" layihəsinə aşağıda sadalanan yayılmış ürək xəstəliklərində tibbi yardımın təşkil edilməsi daxildir:

• Anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi

• Qazanılmış ürək qüsurlarının cərrahiyyəsi

• Aritmiyanın cərrahi müalicəsi

• MİOKARD İNFARKTI

• ÜRƏK QAPAQLARININ PATOLOGİYASI

• STENOKARDİYA

• Koronar arteriyaların aterosklerozu

• Böyrək arteriyalarının zədələnməsi və ətraf damarlarının xəstəlikləri.

• Ürək şişinin çıxarılması

“Medvoyage” şirkəti və Ukraynanın Elmi və Praktik Tibb Mərkəzi Elektrofiziologiya və Endovaskular kardiologiya kimi müalicə üsullarından istifadə etməklə və professor Paul Vogt və doktor Pierre Levis kimi həm yerli həkimlərin professor heyətinin təcrübəsini, həm də İsveçrənin yüksək ixtisaslı xarici həkimlərinin təcrübəsini cəlb etməklə müasir diaqnostikanın, müalicənin və bir sıra əməliyyatların aparılmasında kömək edəcəkdir. Elə bu gün “Medvoyage” şirkətinə müraciət edin və əmin olun ki, istənilən yaşda ürək xəstəlikləri ölüm hökmü deyil!

Sifariş forması

+994 51 207 19 94 WhatsApp