EN RU

  

Kron xəstəliyi ağız boşluğundan başlayaraq anal dəliyinə qədər həzm sisteminin hər hansı bir hissəsini zədəliyə bilən bağırsağın iltihabi xəstəliyinin bir növüdür; sağlam nahiyələrlə təcrid olunmuş seqmental iltihabi dəyişikliklər bu xəstəlik üçün xarakterlidir.

Bu vəziyyətin geniş yayılmış əlamətləri aşağıdakılardır:

  • Davamlı ishal;
  • Qarın ağrısı və spazmalar;
  • İştahsızlıq;
  • Çəki itkisi;
  • Hərarət.

Xəstəliyin ağır formalarında bu xəstəlik həyat üçün təhlükəli olan ağırlaşmalara səbəb ola bilər. Nəzərdə saxlamaq lazımdır ki, hər bir xəstənin vəziyyəti individual hal daşıyır və buna görə müalicə hər bir hal üçün fərdi şəkildə aparılmalıdır.

Kron xəstəliyi və digər BİX növləri üçün Medvoyage tərəfdaşlarının təmin edə biləcəyi müalicəyə dərmanların istifadəsi, qida rasionunun dəyişiliklər və pəhrizi, mədə-bağırsaq traktının zədələnmiş nahiyələrini bərpa etmək və ya çıxarmaq üçün cərrahi əməliyyatlar da daxildir. Müalicə seçimlərinin kombinasiyası xəstəliyinin qarşısını almağına və rahat bir həyat sürməyə kömək edə bilər.

 

 

Diaqnostika

Kron xəstəliyinin diaqnostikası bu kimi müxtəlif prosedur və analizləri əhatə edir:

  • Qan analizləri (qanın ümumi kliniki və biokimyəvi analizləri) - anemiya və iltihab kimi potensial problemlərinin müəyyən əlamətlərini tapmaqda kömək edir.
  • Nəcisdəki gizli qan analizi - mədə-bağırsaq traktında qan aşkar etməyə kömək edir.
  • Kolonoskopiya – yoğun bağırsaq müayinəsinin aparılmasında kömək edir.
  • EGDS - yuxarı mədə-bağırsaq traktının daxili hissəsininin daha yaxşı görüntünü əldə etməyə kömək edir.
  • Irrigoskopiya – zədələnmiş toxumunu tapmağa və xəstəliyin necə inkişaf etdiyini müəyyənləşdirməyə kömək edir.
  • Qarın boşluğu orqanlarının MRT-si - daha ətraflı məlumat almağa kömək edəcək, toxumalarınızın və orqanlarınızın müəyyən sahələrini görməyə imkan verir.

Kron xəstəliyi yüngül formada olduğu hallda yüngül müalicəyə ehtiyac yarana bilər, ağır formada olduqda isə daha kompleksli müalicə tələb oluna bilər. Hər iki hallda, etməli olduğunuz ilk iş düzgün qastroenteroloq tapmaqdır.

Biz, Medvoyage kampaniyasında, şübhəsiz olaraq bilirik ki, Kron xroniki bir xəstəlik olduğuna görə, siz uzun müddət ərzində etibar edə biləcəyiniz və özünüzü rahat hiss edə biləcəyiniz bir həkimə ehtiyacınız olacaq. Buna görə də, bu amilləri və istəklərinizi nəzərə alaraq, komfortlu müalicənin təmin etmək məqsədi ilə biz sizə asanlıqla mütəxəssislər kataloqu təqdim edə bilərik.

Biz zəmanət veririk ki, Medvoyage yalnız Bakıda deyil, xaricdə də sizlərə tez və keyfiyyətli tibbi xidməti münasib qiymətə göstərən peşəkar həkim tapmaqda kömək edəcəkdir.

Medvoyage - ən düzgün qərarları bizimlə alın!

Sifariş forması

+994 51 207 19 94 WhatsApp