EN RU

 

Müasir dünyada bir çox qadın, ginekoloqun qəbulunun və müayinələrinin əhəmiyyətini başa düşsə də, ondan imtina edir. Həkimin qəbuluna qərar vermək mövhumat, ağrı yaşamamaq istəyi və digər səbəblərə görə çətin olur. Halbuki, qeyd etmək lazımdır ki,təkcə qadının ümumi əhvalı, fiziki həyatının keyfiyyəti, fertilliyi deyil, həm də onun gələcək uşaqlarının sağlamlığı məhz qadının reproduktiv sağlamlığından asılıdır. Bəs qadının zərif bədənini və sağlamlığını müxtəlif xəstəliklərdən necə qorumaq olar?

Medvoyage, yaşından asılı olmayaraq hər qadına ildə ən azı 2 dəfə tam ginekoloji müayinədən keçməyi tövsiyə edir. Bir ginekoloq tərəfindən vaxtında müayinə edilməsi, şişin başlanğıc mərhələsini, şübhəli miyomları təyin etməyə, hormonal pozğunluqların və ya sonsuzluğun səbəbini tapmağa kömək edir.

Hansı hallarda ginekoloqa müraciət olunmalı və tam müayinə keçirilməlidir?

Yuxarıda qeyd etdiyimiz kimi, tam müayinə mütəmadi olaraq aparılmalıdır, lakin aşağıdakı hallarda bu müayinə həddindən artıq vacibdir:

  • Hamiləliyin planlaşdırılması;
  • Menstruasiya siklinin pozulması;
  • Cinsi yolla keçən infeksiyaların ortaya çıxması;
  • İl ərzində hamilə qalmaq cəhdlərinin nəticə verməməsi;
  • Süd vəzilərindəki ağrı, döş axıntısı;
  • Kontrasepsiya üsulunun seçilməsi ilə bağlı konsultasiya və s.

Hərtərəfli ginekoloji müayinənin mərhələləri

Tam bir ginekoloji müayinə ümumiyyətlə üç mərhələdə ibarətdir:

Ginekoloqla ilkin konsultasiyası - həkim pasiyent ilə söhbət aparır, müayinə edir, analiz üçün yaxma götürür.
Əlavə tədqiqat metodları – hormonlar üzrə analiz, histerosalpingoqrafiya, biopsiya, MRT və digər analizlər.
Bütün nəticələrin ümumiləşdirilməsi və müalicənin təyin edilməsi və ya profilaktika proqramının tərtib edilməsi.

Niyə məhz Medvoyage?

Medvoyage, yüksək texnologiyalı cihazlara və müasir laboratoriya metodlarına sahib olan böyük klinikalar bazasına malikdir. Bu avadanlıqlar dəqiqliyi və məlumat məzmunu, habelə ginekoloqun gözləri və əllərindən gizlədilən orqanların həmin hissələrinin vəziyyətini görmə və qiymətləndirmə üçün müxtəlif diaqnostik prosedurları ilə fərqlənir. Eyni zamanda, yüksək peşəkar həkimlər, öz növbəsində, pasiyent ilə danışaraq və etdikləri proseslərin önəmini izah edərək, pasiyent üçün xoşagəlməz proseduru mümkün qədər asanlaşdırırlar.

Medvoyage-ın əməkdaşları ginekoloji patologiyaların individual diaqnozuna xüsusi əhəmiyyət ayırırlar və buna görə də sizə ən yaxşı müalicə metodları barədə məmnuniyyətlə məsləhət verəcəklər. Anamnezin toplanması, ultrasəs diaqnostikası, laboratoriya müayinələri, histeroskopiya, kolposkopiya və daha çox imkanlar artıq əlçatandır.

Medvoyage - sağlamlığınız üçün ən yaxşısı!

Sifariş forması

+994 51 207 19 94 WhatsApp