EN RU

Endokrin sistem xəstəliklərinin vaxtında diaqnostikası və müalicəsi çox vacibdir.

Sizi aşağıdakı problemlər narahat edirsə, həkim-endokrinoloqa müraciət etməlisiniz: 

  • Tez yorulma, yuxululuq
  • Əhval-ruhiyyənin tez-tez dəyişməsi
  • Saçların tökülməsi və yaxud kövrək saçlar
  • “Boğazda isterik yumaq” (qəhər hissi)
  • Çəkinin kəskin dəyişməsi (həddindən artıq və aşağı çəki)
  • Ağızda quruluq və susuzluq hissi
  • Menstrual tsiklin pozulması, erkən menopauza, sonsuzluq
  • Kişilərdə potensiyanın aşağı düşməsi
  • Həddindən artıq tərləmə

Bizim tərəfdaş klinikalarımızda pasiyentin sistemli şəkildə müayinəsi və sonrakı müalicəsi üçün zəruri olan laborator və instrumental üsullar mövcuddur.

Müayinəyə aşağıdakılar daxildir:

  • Həkim-endokrinoloqun ilkin müayinəsi
  • Qalxanabənzər və böyrəküstü vəzinin ultrasəs müayinəsi
  • Qalxanabənzər vəzinin stintiqrafiyası  
  • Karbohidrat mübadiləsinin müayinəsi
  • Hipofiz, böyrəküstü vəzinin və mədəaltı vəzinin kompüter tomoqrafiyası
  • Nüvə maqnit rezonans müayinəsi
  • Punksiya biopsiyası
  • Hormonal müayinə

Bu müayinələr vasitəsilə pasiyentə düzgün diaqnoz qoymaq mümkündür.

Zəruri hallarda tibbi konsilium təşkil olunur, müalicə prosesinə tibbin digər sahələrinə aid mütəxəssislər- kardioloqlar, nefroloqlar, oftalmoloqlar, damar cərrahları cəlb olunur.

Endikrinologiya sahəsindəki müasir texnologiyalar pasiyentin zəruri tibbi proseduralardan sonra sürətlə sağalmasını təmin edir.

Sifariş forması

+994 51 207 19 94 WhatsApp