Bir çoxumuz səthi baxdığımız üçün insan mədə-bağırsaq traktının mədə və bağırsaqla məhdudlaşdırmağa meyilliyik. Lakin qastroenterologiya qida borusunun, mədənin, nazik bağırsağın, yoğun bağırsağın, düz bağırsağın, mədəaltı vəzin, öd kisəsinin, öd yollarının və qaraciyərin bütün funksiyaları və xəstəliklərini araşdırmaq və müəyyən etmək ilə məşğuldur.
Biz düşünürük ki, müasir dünyada heç kim həzm problemlərindən əziyyət çəkməməlidir. Çünki ən ağır xəstəlik belə həll oluna bilər. Medvoyage kifayət qədər güclü bir bazaya malikdir, bunun sayəsində lazımi klinikanı və ya həkimi sizin üçün asanlıqla tapa biləcək, eyni zamanda da diaqnozdan tam müalicəyə qədər bütün prosesinizi təşkil edə biləcəkdir.
Anormal bağırsaq hərəkəti, rektal qanaxma, tez-tez ürək yanması, qarın ağrısı, şişkinlik, udma problemi kimi simptomlarla qarşılaşdığınız zaman ya da düz bağırsağın xərçəngi üçün müntəzəm müayinəyə başlamaq üçün bir yaşa çatmısınızsa qastroenteroloqa müraciət etməyiniz tövsiyə edilə bilər.
Xəstələrimizin bütün həzm problemləri barədə məlumatlı olmalarını istəyirik, çünki məlumatlı xəstələr sağlamlıq və rifahları haqqında daha düzgün qərarlar verə bilirlər.
Məhz bu səbəbdən həzm sistemininin sağlamlığı ilə maraqlandığınız və ya narahat olduğunuz zaman bu səhifələri nəzərdən keçirməyinizə tövsiyə edirik:
- Qaraciyərin biopsiyası;
- Kron xəstəliyi;
- Qastroskopiya;
- Hepatologiya;
- Disbakterioz;
- Xolelitiyaz;
- Kolonoskopiya;
- Barrettin qida borusu;
- Postkolesistektomiya sindromu;
- Qıcıqlanmış bağırsaq sindromu;
- Xolesistit;
- Xroniki qastrit və duodenit;
- Qaraciyər sirozu;
- Onikibarmaq bağırsağın xorası.
Medvoyage komandası Azərbaycan, Ukrayna, Rusiya, İsrail, İran, Türkiyə, Almaniya kimi ölkələrdə qastroenteroloq seçərkən xəstənin rahatlığının vacibliyi haqqında da məlumatlıdır. Və sizi maraqlandıran bütün qastroenteroloji xidmətləri haqqında hər bir məlumat verə bilərik.
Suallarınız yarandığı zaman bizimlə əlaqə qurun və konsultasiya üçün qeydiyyatdan keçin!
Medvoyage – biz əminik ki, əlçatanlığı və peşəkarlığı xüsusilə sizin üçün tapa bilərik!