EN RU

Qastroenterologiya qida borusu, mədə, onikibarmaq bağırsaq, bağırsaqlar, qara ciyər, öd kisəsi və mədəaltı vəzinin xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur.

Eyni zamanda qastroenterologiyanın hepatologiya adlı bölməsi mövcuddur ki, o da öz növbəsində qaraciyər və öd yollarının xəstəlikləri ilə məşğul olur.  

Qastroenterologiya bölməsinə daxil olan xəstəliklər dərinin, dırnaqların və saçların da vəziyyətinə mənfi təsir göstərir.

Həzm sistemi xəstəliklərinin əsas simptomları aşağıdakılardır:

  • Qarında ağrı
  • Qida qəbul edərkən çətinlik
  • Meteorizm
  • Ürək bulanması/Qusma
  • Qıcqırma
  • Gəyirmə
  • Ağızda xoşagəlməz qoxu
  • Dilin üzərində ərp
  • Ağızda acılıq və quruluq hissi
  • Iştahasızlıq
  • Defekasiya aktı zamanı çətinlik
  • Bədənin çəkisinin kəskin azalması və yaxud artması
  • Nəcis kütləsində qan izləri
  • Anemiya

Həyata keçirilən diaqnostika:

  • Qidalara qarşı həssaslıq testi
  • Helikobakter pilori analizi
  • Qastropanel
  • Fibrotest/Fibroaktitest
  • Endoskopik diaqnostika (qastroskopiya, duodenoskopiya, eyunoskopiya, proktosigmoskopiya, kolonoskopiya)
  • Histoloji diaqnostika

Prosedurlar həzm yolu xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə ən qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir.  

Sifariş forması

+994 51 207 19 94 WhatsApp