EN RU

Metastazlaşmış döş xərçəngi bədənin digər orqanlarına yayılmış, IV mərhələ döş xərçəngi olaraq təsnif edilir. Bütün döş xərçəngləri döşün hüceyrələri nəzarətdən çıxdıqda, döş toxumalarında meydana gəlir. Simptomlar xərçəngin hansı nahiyədə olmasından və ölçüsündən asılıdır. Döş xərçənginin ən çox yayıldığı nahiyə döşün içərisi, yaxud da yaxınlıqdakı döş qəfəsi divarı, qaraciyər, ağciyər və ya sümüklərdir. Ümumi simptomlara misal olaraq, döş və ya döş qəfəsi divarında şişin olması, sümük ağrıları və təngnəfəslik kimi halları göstərmək olar. Ola bilər ki, simptomlar yaranmasın. Bəzən təkrarlanan və ya metastazlaşmış döş xərçəngi rentgen və ya analiz nəticəsində aşkarlanır. Metastazlaşmış döş xərçəngi bu xəstəliyin digər mərhələlərində tətbiq edilən müalicə metodları ilə müalicə olunur:

  • Kimyaterapiya
  • Hormon terapiyası
  • Şüa terapiyası
  • Məqsədyönlü terapiya
  • Cərrahi əməliyyat

Erkən mərhələdə xərçəngdən əziyyət çəkən əksər qadınlar müalicə müddətində əməliyyat olunurlar.

Bir çoxları əməliyyatdan əvvəl, ya da sonra mikroskopik xərçəng hüceyrələrinin sayını azaltmaq üçün müxtəlif sistemli müalicələrdən keçməli olurlar.

Sifariş forması

+994 51 207 19 94 WhatsApp