Müasir tibb müxtəlif avadanlıqlarla müalicə və immunitet sisteminin laboratoriya üsulları ilə inkişaf edilməsi üçün nə qədər imkan versə də, təbii metodlarla müalicə həmişə ən keyfiyyətli və ən ətibarlı olaraq qalacaq. Çünki təbiətin insan orqanizminə qeyri-adi şəkildə təsir edən minlərlə hadisəsi var. Palçıq vulkanları da bunlar arasında ən faydalı biri kimi hesab olunur.
Geoloqlar palçıq vulkanlarının neftdən qaynaqlandığını, daim yer qabığındakı çatlaqlarla yuxarıya doğru qalxan və rahat alovlanan qazlardan atıldığını iddia edirlər. Bu qazlar torpaqla qarışaraq palçıq vulkanı əmələ gətirirlər. Palçıq vulkanının hər püskürməsi yerin dərinlikdə baş verən proseslər haqqında yeni bir xəbərdir.
O zaman, Azərbaycanda deyil də, başqa harada sağlamlığınızın vəziyyətini yaxşılaşdırmaq üçün təbiət nemətlərindən istifadə edə bilərsiniz ? Elə tək Azərbaycanda dünyanın 800 palçıq vulkanlarının 350-dən çoxu var. Medvoyage kompaniyası sizlərə bunları daha yaxından tanımağa kömək edəcəkdir.
Palçıq vannalarının faydaları:
Mütəxəssislər qeyd edilər ki, palçıqda olan minerallar (bor, yod, brom, sink, mis və s.) və palçığın istiliyi müalicəvi təsirin sirridir.
Bəs bunların sağlamlığımıza faydası nədir? Gəlin, Medvoyage kompaniyası ilə birlikdə öyrənək:
- Palçıq iltihab əleyhinə təsir göstərir və sakitləşdirir, bu da zəifləmiş insanların belə istifadəsinə imkan yaradır.
- Cavanlaşdırıcı və bərpaedici təsirə malikdir.
- Bronxit və amfizem üçün effektiv müalicələrdən biridir.
- Osteoporozun, oynaqlar və bel kürəyinin digər xəstəliklərinin müalicəsinə yönəldilib.
- Periferik oynaqların və onurğanın artrit müalicəsinin metodlarından biri ola bilər.
- Palçıq vulkanları dartılmalar üçün faydalıdır.
- Bədəndəki xoşagəlməz yırtıqlarla mübarizə aparır.
- Menstrual pozğunluqlar və sonsuzluq kimi ginekoloji problemlərdə effektiv təsir göstərir.
- Sədəf, atopik dermatit, ekzema kimi dermatoloji xəstəliklərlə mübarizədə faydalıdır.
- Endokrin vəzilərin fəaliyyətinə təsir göstərir.
Gəlin hər şeyi yenidən gözdən keçirək! Palçıq vannaları – bədənin su, sapropel, torf və ya duzlu su palçığı ilə qarışıq vannaya girməsindən ibarətdir. Bu prosedur yalnız ixtisaslaşdırılmış tibb işçilərinin tövsiyəsi və rəhbərliyi ilə həyata keçirilir.
Ən yaxşı kurortları və ən yaxşı mütəxəssisləri haradan tapmaq olar? Artıq bu sualı özünüzə vermisiniz? Onda elə indi Medvoyage şirkətinə zəng edib konsultasiya barədə danışın! Biz isə məmnuniyyətlə sizə sərfəli qiymətlərlə geniş kurort müalicələrini təqdim edəcəyik.
Medvoyage - təbiətin gözəlliyi sağlamlığınız üçün!