Böyrəklərdə problem olduğu zaman dərhal həkim-nefroloqa müraciət etmək lazımdır.
Böyrəklərin düzgün işləmədiyini göstərən ən kiçik simptomlara belə diqqət yetirmək vacibdir.
Bunlara aşağıdakılar daxildir:
- Sidik ifrazının pozulması
- Sidiyin rənginin dəyişməsi
- Şişkinlik
- Tez yorulma
- Arterial təzyiqin yüksəlməsi
- Ağızda dad
- Dəridə səpki
- Ürək bulanma və qusma
Azərbaycan, Türkiyə, İsrail və Gürcüstandakı tərəfdaş klinikalarımızda fəaliyyət göstərən nefroloji şöbələrdə sizə aşağıdakı böyrək xəstəliklərin müalicəsində kömək göstərəcəklər:
- Qlomerolonefrit
- Pieolonefrit
- Sidik yollarının infeksion xəstəlikləri
- Nefropatiya
- Turşu-qələvi balansının pozulması
- Sistematik xəstəliklər zamanı böyrəklərin zədələnməsi
- Böyrəklərdə şiş
- Xroniki böyrək çatışmazlığı
- Digər xəstəliklər zamanı böyrəklərin fəaliyyətinin pozulması
Zərurət yarandığı zamanı böyrək transplantasiyası əməliyyatı həyata keçirilir.
Nefroloji xəstəliklərin müalicəsində kompleks yanaşma tələb olunur, çünki nefroloji xəstəliklər digər orqan və sistemlərin də fəaliyyətinin pozulmasına səbəb olur.