Onkologiya xərçəng xəstələrinin diaqnozu, müalicəsi və sonraki müşahidəsi ilə məşğul olan xüsusi bir tibb sahəsidir. Öz növbəsində, xərçəng hüceyrələrimizin işləməsini və böyüməsini idarə edən genlərdəki dəyişikliklərdən qaynaqlanan genetik bir xəstəlikdir. Xərçəng trilyonlarla hüceyrədən ibarət olan insan bədəninin demək olar ki, hər yerində çoxala bilər.
Gəlin tumor əmələgəlmə prosesinin sadə bir təsviri ilə izah edək: adətən insan hüceyrələri böyüyürlər və yeniləri yaradaraq bölünürlər. Bunlar da qocalan və ya zədələnmə nəticəsində ölən hüceyrələri əvəz edirlər. Ancaq xərçəngin yaranması ilə bu proses pozulur. Hüceyrələr anormal hala gəldikcə yaşlı və ya zədələnmiş hüceyrələr ölmək əvəzinə sağ qalır və ehtiyac olmadığı zaman yeni hüceyrələr meydana gəlir. Bu əlavə hüceyrələr dayanmadan bölünərək tumoru əmələ gətirə bilər.
Dünyada 100-dən çox xərçəng növü və digər bu kimi onkoloji xəstəliklər mövcuddur:
- Prostat vəzinin adenoması;
- Qaraciyərin hemangioması;
- Yumurtalıq kistası;
- Leykoz;
- Lenfoma;
- Melanoma;
- Sümükdə, limfa düyünlərində, qaraciyərdə, onurğada metastazlar;
- Obstruktiv sarılıq;
- Prostat vəzinin, yumurtalığın, bağırsağın, uşaqlığın şişləri;
- Kəskin uşaq leykozu;
- Sümük iliyi nəqli;
- Süd vəzinin sarkoması;
- Kondrosarkoma.
Medvoyage-da biz hesab edirik ki, müasir dünyanın tibbi yenilikləri xəstə müalicəsini və baxımını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər. Eyni zamanda bütün müalicələrin müstəsna həssaslıqla və şəffaflıqla aparılmasının lazımdır, onu da bilirik. Və bunlara əsaslanaraq, sizə qarantiya verə bilərik ki, Medvoyage bütövlüyü ilə yenilik edən və xəstələri birinci yerə qoyan bir prosesə tam sadiqdir.
Artıq uzun illərdir ki, xərçəng və qan xəstəlikləri olan insanlara hərtərəfli tibbi yardım göstərərək onların həyatlarını qurtarırıq. Bütün bunlara əlavə olaraq təkcə Azərbaycanda deyil, həm də Ukrayna, Rusiya, İsrail, İran, Türkiyə və Almaniyada xərçənglə əlaqəli olan və olmayan vəziyyətlər üçün müxtəlif infuziya və inyeksiyalar təşkil edə bilərik.
Bizimlə indi əlaqə qurun və sizi keyfiyyətli və dolğun bir həyata aparacaq dünyanın ən yaxşı xidmətlərindən faydalanın!
Medvoyage – xəstələrə xəstəliklərini idarə etmək və sürətli bir yaxşılaşmağı təşviq etmək üçün lazım olan zəmanət verməkdir.