Müasir tibbin sayəsində bir çox oftalmoloji problemlər öz həllini tapmışdır.
Oftalmoloji xəstəlikləri vaxtında aşkar etmək məqsədilə gözlərin vəziyyətini mütəmadi olaraq yoxlamaq lazımdır.
İlkin diaqnostika təkcə göz xəstəliklərini deyil, eləcə də, diabet, baş beynin şişi, QİÇS, Alzheimer xəstəliyi, Parkinson xəstəliyi, hematoloji, ürək və metabolik xəstəliklər kimi ciddi problemlərin də aşkar olunmasına imkan verir.
Kompleks oftalmoloji müayinəyə aşağıdakılar daxildir:
- Görmə qabiliyyətinin müayinəsi
- Göz qapaqlarının müayinəsi
- Göz əzələlərinin müayinəsi
- Gözdaxili təzyiqin ölçülməsi
- Biomikroskopik müayinə
- Göz dibinin müayinəsi
Müayinələrlə yanaşı, tərəfdaş klinikalarımızın oftalmoloji şöbələri lazer cərrahiyyəsi, uşaq cərrahiyyəsi, okuloplastika, neyrooftalmologiya və paximetriya ilə də məşğul olurlar.