EN RU

Azərbaycan və xarici ölkələrdəki klinikalarımızda fəaliyyət göstərən otolarinqologiya şöbələri böyüklərdə və uşaqlarda qulaq, burun və boğaz xəstəliklərinin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmışdır.  

Tərəfdaş klinikalarımızda fəaliyyət göstərən peşəkar həkimlər komandası təkcə iltihabi otolorinqoloji xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda burun-udlaq yolunun, ağız boşluğu və dilin onkoloji xəstəliklərinin müalicəsi ilə də məşğul olur.

Eşitmə qabiliyyətinin itirilməsi zamanı koxlear implantasiya həyata keçirilir ki, bu zaman pasiyentin eşitmə qabiliyyəti bərpa olunur.

Bununla yanaşı rinoplastika və otoplastika kimi estetik əməliyyatlar da həyata keçirilir. 

Şöbədə uşaq otolarinqologiyası üzrə də xidmətlər göstərilir.

Uşaq otolarinqologiyası həkimdən xüsusi yanaşma tələb edir, belə ki, həkim təkcə öz işinin peşəkarı deyil, eyni zamanda yaxşı psixoloq da olmalıdır.

Uşaqlarda nitq pozğunluqlarının aradan qaldırılması məqsədilə unikal üsullardan istifadə olunur

Ağız boşluğunun, burun boşluğunun və səs tellərinin quruluşundakı anomaliyaların müalicəsi məqsədilə lifli optika kimi müasir avadanlıqlardan istifadə olunur.

Əməliyyat uşaq üçün ağrısız olan yerli anesteziya altında həyata keçirilir.

 

Sifariş forması

+994 51 207 19 94 WhatsApp