EN RU

Üzün plastik cərrahiyyəsi

Yaşa bağlı dəyişikliklər, uğursuz əməliyyatlar və əməliyyatdan sonrakı tikişlər, travmadan sonrakı qüsurları (yara izləri, yanmalar, çapıqlar) – bir çox bu cür estetik problemlərin həlli bizim plastik cərrahlarımız tərəfindən asanlıqla aradan qaldırılır. Siz gözlərinizin, burnunuzun və ya qulaq strukturunu dəyişə, üz və boyun qırışlarını liftinq edə, qırışları və dəri sallanmalarını aradan qaldıra bilərsiz.
Müasir plastik cərrahiyyə, əməliyyatları mikroskopik dəqiqliklə həyata keçirməyə imkan verir və xəstələr üçün yüksək səviyyədə təhlükəsizliyi təmin edir.

İlk məsləhətləşmələr təklif olunan klinikalarımızda keçirilir. Burada alternativ həll təklif etmək və ya optimal müalicə rejimi və əməliyyatdan sonra reabilitasiya hazırlamaq və işinizi nəzərdən keçirmək üçün həkim-kosmetoloq və həkim-fizioterapevti dəvət etmək imkanı var.

Əməliyyatlar özləri və onlara hazırlıqlar, yüksək texnologiyalı avadanlıqları, öz laboratoriyası və xəstəxanası olan Azərbaycan plastik cərrahiyyə mərkəzləri bazasında həyata keçirilir. Bu cür universallıq, sizə tam mərhələli xidmət təklif etməyə imkan verir ki, bu da vaxtınıza qənaət edəcək və əlavə xərcləri aradan qaldıracaq.

Fəaliyyətin əsas istiqamətləri

Klinikalarımızın təklif etdiyi cərrahlar - tibb elmləri namizədləri dərəcələrinə malikdir və həm Azərbaycanda, həm də xaricdə təcrübə toplamış yüksək ixtisaslı mütəxəssislərdir. Onların portfoliosunda üz və boyun nahiyyəsində minlərlə plastik əməliyyat var.

Bədənin plastik cərrahiyyəsi

Mükəmməl bədən quruluşu xəyalları plastik cərrahiyyə imkanları sayəsində gerçək ola bilər. Plastik cərrahiyyə, özünə inamınızı azaldan bədən qüsurlarından qurtulmağa kömək edir. Estetik cərrahiyyə, vücudunuzun konturlarının hamarlamağa, qarnı bərkitməyə, sağrıları böyütməyə və ya intim zonada çatışmazlıqları aradan qaldırmağa imkan verir. Mütəxəssislərimizin təcrübəsi və bilikləri bizə həm zamanla sınaqdan keçmiş ənənəvi və həm də ən qabaqcıl üsullardan istifadə edərək istənilən səviyyədə mürəkkəb əməliyyatları həyata keçirməyə imkan verir. Yüksək ixtisaslı mütəxəssislərimiz sizə həm şəxsi, həm də peşə həyatında cəlbedici və özünə inamlı olmağa kömək edəcəkdir.

Sifariş forması

+994 55 224 80 85 WhatsApp