EN RU

Hər il müxtəlif yaşlı insanlar arasında plastik cərrahiyyəyə maraq getdikcə artır. 

Plastik cərrahiyyə insan bədənində və üz nahiyəsində mövcud olan müxtəlif anadangəlmə və qazanılmış qüsurların aradan qaldırılmasına, eləcə də qocalma əleyhinə dəyişikliklərin həyata keçirilməsinə yönəlmişdir.

Bizim tərəfdaş klinikalarımız 3D modelləşdirməyə müraciət edərək insanın təbii görünüşü ilə arzu olunan dəyişikliklər arasında ideal və proporsional uyğunluğa nail olmaq imkanı  verir.

Cərrahi müdaxilələr zamanı plastik cərrahiyyə sahəsində təcrübəli mütəxəssislər müasir üsul və proseslərdən, yüksək keyfiyyətli fillerlərdən və dünyaca məşhur istehsalçıların implantatlarından istifadə edirlər. Eyni zamanda radiodalğa və lazerin köməyi ilə də müxtəlif proseduralar həyata keçirilir ki, onların tətbiqindən sonra əməliyyat sonrası çapıqlar qalmır.

Biz sizə plastik cərrahiyyənin müxtəlif sahələri üzrə ixtisaslaşmış plastik cərrahlarımızın xidmətlərindən yararlanmağı təklif edirik.

Sifariş forması

+994 51 207 19 94 WhatsApp