Diş və ağız boşluğu xəstəlikləri istənilən yaşda olan insanları narahat edir.
Ağırlaşmaların meydana gəlməsinə imkan verməmək məqsədilə stomatoloji problemlərin həllinə vaxtında başlamaq lazımdır.
Tərəfdaş klinikalarımızın təcrübəli həkimləri effektiv, keyfiyyətli və praktik olaraq ağrısız şəkildə bir çox stomatoloji problemləri həll edir və pasiyentə uğur qazanmağın vacib şərti olan gözəl gülüşə sahib olmaq imkanı verir.
İlkin konsultasiya zamanı təyin olunmuş zəruri stomatoloji müalicə xidmətlərini sizə aşağıdakı həkimlər göstərəcək:
- Stomatoloq-terapevt
- Stomatoloq-cərrah
- Parodontoloq
- İmplantoloq
- Ortoped
- Stomatoloq-estetist
- Uşaq stomatoloqu
Müalicənin gedişində qabaqcıl texnologiyalar, təhlükəsiz materiallar və dərman vasitələri, eləcə də müasir avadanlıqlardan istifadə olunur.
Azərbaycanda stomatoloji xidmətlərdən yararlanmağın əsas üstünlüyü yüksək keyfiyyətli prosedurların münasib qiymətə həyata keçirilməsidir.