Alkoqolizm və Narkomaniya xüsusi və individual yanaşma tələb edən ağır xroniki xəstəliklərdir.
Biz təkcə narkomaniya və alkoqolizmin müalicəsi ilə məşğul olan klinikalarla deyil, eyni zamanda pasiyentin həm detoksikasiyasının həyata keçirildiyi, həm də sağlam həyata qayıtması və asılılıqdan azad olması məqsədilə gələcək yönümlü səmərəli tədbirlərin icrası ilə məşğul olan ixtisaslaşdırılmış reabilitasiya mərkəzləri ilə əməkdaşlıq edirik.
Çoxillik təcrübəyə malik həkimlər xəstəyə psixoloji yardım göstərməklə bütün müalicə və reabilitasiya müddətində ona dəstək olurlar.
Müalicə prosesində klassik və innovativ müalicə üsulları, qabaqcıl avadanlıqlar və təhlükəsiz preparatlardan istifadə olunur.
Alkoqolizm və narkomaniyanın müalicəsi məxfi şəkildə və münasib qiymətlə həyata keçirilir.