EN RU

Təbii bulaqlardan istifadə edilməsi qədim zamanlardan bəri başlayır və günün bu günündə də dünyanın hər bir yerində geniş tanınılır. Onlar bütün dünyada istirahət və ya müalicəvi məqsədlərlə istifadə olunur. Hal hazırda sağlamlıq gözləntiləri artan tendensiyası təbii resurslar və müəssisələr arasında qarşılıqlı əlaqələr ideyasına əsaslanan termal suların istifadəsinə və Spa xidmətlərinin genişlənməsinə səbəb oldu.

Niyə?

Sağlamlığınızı və gözəlliyinizi yaxşılaşdırmaq, bədəniniz və zehinizin bərpası və oyanması üçün stressdən qacınmaq ─ insanların Spa'ya üz tutmasında və Spa'nın insanların həyatında getdikcə daha vacib bir yer tutmasında əsas səbəbləri oldu.

Bəziləri 7 günlük möcüzə adlandırılan 1 həftəlik spa tətili həyat tərzi və ritminizi dəyişdirmək, arıqlamaq, dartılmaq, stressi azaltmaq, özgüvəni yüksəltmək, hədəfləri yenidən gözdən keçirtmək, qüvvəni toplamaq, yeni məşqlər və pəhrizlər öyrənmək, “time-out”-la mükafatlandırmaq və gözəl vaxt keçirmək üçün fasilə etmək imkanı yaradır.

Medvoyage bu yolda sizə nə təklif edir?

Bu gün mineral və termal suların istifadəsi bir neçə sahəyə bölünür, onlardan biri balneologiya – yəni sağlamlıq üçün mineral və termal suyun ən ənənəvi istifadəsinə aid olan sahədir.

Müxtəlif hamamlar qəbul etmək sağlamlığınızı gücləndirtməyə, xarici görünüşünüzü yaxşılaşdırmağa, stressi azaltmağa, bədəninizi və düşüncənizi gümrahlanmaya və oyanmağa kömək edən təbii müalicə və "təbiətə geri dönmə" üsuludur. Medvoyage müştərilərinə yalnız Azərbaycanda deyil, həmçinin Ukrayna, Rusiya, İsrail, İran, Türkiyə, Almaniya kimi bir sıra digər ölkələrdə də istirahət və aşağıdakı təbii müalicə növlərini təklif edir:

  • Volkanik palçıq;
  • Palçıq hamamları;
  • Mineral termal sular;
  • Duz mağaraları.

Spa suların və onlardan istifadəsinin müxtəlifliyi hər bir orqanizmə fərdi şəkildə yanaşması anlamına gələ bilər. Medvoyage ilə birlikdə bu cür təfərrüatları unuda və yalnız prosesdən həzz ala bilərsiniz.

Beləliklə, tarixdə qədim köklərə malik olan termal sular bu gündə də fiziki və sosial rifah üçün ümidverici bir fürsəti yaradır. Buna baxmayaraq, təhlükələri azaltmaq və faydaları artırmaq üçün müvafiq gigiyena standartlarını təmin etmək ilə nəzarət tələb olunur və burada Medvoyage hər pasiyentə xüsusi diqqət göstərə bilər.

Bizə müraciət edin və dünyadakı bütün sağlamlıq mərkəzləri haqqında məlumat əldə edə bilərsiniz!

Medvoyage – dincələrək sağalın!

Sifariş forması

+994 51 207 19 94 WhatsApp